1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.05.2017 11:35:06

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya qoşunlarına növbəti hücumunu edib.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada hökumətyönlü qüvvələrin dəstəsinə zərbə endirməsi faktını dəstəkləyib. Koalisiyanın qərargahı və Pentaqon məlum hərəkətləri “özünümüdafiə” və Ət-Tənf şəhəri ərazisindəki İŞİD terror təşkilatı ilə mübarizədə “yoxlanılmış həmkarlarının” qoşunlarının olması ilə izah edib. Üstəlik ABŞ Mərkəzi Komandanlığı zərbə nəticəsində insanları öldüyünü də istisna etməyib.

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada hökumətyönlü dəstələrə zərbənin endirildiyini rəsmi şəkildə təsdiq edib. Bu haqda “Sarsılmaz Qətiyyət” əməliyyatının qərargahından məlumat veriblər.

Koalisiya Suriyanın Ət-Tənfa şəhərindən şimal-qərbdəki müəyyən edilmiş deeskalasiya zonalarının daxilində irəliləyən hökumətyönlü qoşunlara zərbə endirib.

Qərargah həmçinin qeyd edib ki, koalisiya qoşunları artıq uzun müddətdir ki, Ət-Tənfa ərazisində fəaliyyət göstərir, xüsusən də, onlar İŞİD-lə mübarizədə iştirak edən “yoxlanılmış həmkarlarının” qoşunlarına təlim keçirlər.

ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Coş Ceyms bildirib ki, ABŞ tərəfinin hələ zərbə nəticəsində ölənlərin olub-olmaması barədə məlumatı yoxdur.

Güman edirəm ki, qurbanlar var. Lakin hazırda mənim əlimdə zərbə nəticəsində itkilər barədə dolğun məlumat yoxdur. Biz bunu aydınlaşdırırıq.”, - deyə Ceyms bildirib.

“Al-Masdar News” portalı Suriya hərbçilərinin nümayəndələri ilə əlaqə qurub. Həmin nümayəndələr baş vermiş hadisənin təfərrüatları barədə məlumat veriblər. Mənbənin məlumatına əsasən, koalisiya təyyarəsi İordaniya ilə sərhəd ərazidən Suriyanın hava məkanına daxil olaraq, 5 ədəd “T-62” tankından ibarət olan dəstəyə hücum edib. 2 ədəd tank məhv edilib, “ZSU-23-4” “Şilka” özüyüriyən  zenit qurğusuna isə zərər dəyib. Canlı qüvvədə isə 6 ölü və 3 yaralı var.

Pentaqonda adınının çəkilməsini istəməyən məmurun sözlərinə görə, zərbə “qurudakı komandan həmin qüvvələri koalisiya qoşunları üçün təhlükə mənbəyi hesab etdikdən” sonra endirilib.

Bununla yanaşı ABŞ-ın müdafiə naziri Cemys Mettis qeyd edib ki, zərbənin endirilməsi ABŞ-ın Suriya münaqişəsindəki hərbi işitrakının genişləndirilməsi mənasını vermir.

Biz, Suriyadakı vətəndaş müharibəsindəki iştirakımızı genişləndirmirik, lakin öz qoşunlarımızı müdafiə edirik.”, - deyə Mettis bildirib.

Rusiyanın Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik üzrə Komitəsinin başçısı Viktor Ozerov qarşıdan gələn Cenevrə danışıqlarındn məlum zərbə məsələsinə xüsusi diqqətin yetirilməsinə səsləyib. Senatorun sözlərinə görə, koalisiya və Suriya ordusu arasındakı qarşılıqlı əlaqəni aktivləşdirmək lazımdır ki, gələcəkdə də oxşar insidentlər yaşanmasın.

Ümid edirəm ki, bu insident Cenevrəki danışıqlar prosesinə təsir etməyəcək, əksinə, həmin daşıqların gündəliyində ən vacib bənd olacaq. ABŞ-ın başçılıq etdiyi koalisiya ilə Suriya ordusu arasında daha aydın qarşılıqlı əlaqə zəruridir.”, - deyə Ozerov bildirib.

Federasiya Şurasının Beynəlxalq Komitəsinin üzvü İqor Morozov hesab edir ki, BMT təhlükəsizlik şurasında koalisiya hərəkətləri barədə “müstəqil dövlətə qarşı hərbi aqressiya aktı” məsələsi qaldırılmalıdır.

Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik üzrə Komitəsinin 1-ci sədr müavini Fransts Klintseviç Suriyadakı hökumətyönlü qoşunlara zərbənin endirilməsinə ABŞ-da davam edən siyasi qalmaqalın səbəb ola biləcəyini fərz edib.

“ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyadakı hərəkətlərinə gəlincə, görünür ki, oradakı vəziyyət xaotik şəkil alıb. Mən düşünmürəm ki, Suriyada hökumətyönlü qoşunlara zərbənin endirilməsi haqda əmri şəxsən Donald Tramp verib. Çünki, indi onun başı başqa məsələlərə qarışıb. Lakin yeni prezidentin ətrafındakı müəyyən qüvvələrin səbəb olduğu siyasi qalmaqal, şübhəsiz, hərbi rəhbərliyin Yaxın Şərqdəki fəaliyyətinə də təsir edir.”, - deyə Klintseviç bildirib.

 

TƏRCÜMƏ İSLAMAZƏRİ SAYTINA MƏXSUSDUR!


ABŞ Suriya qoşunlarına yenə zərbə endirdi: “Özümüzü müdafiə edirdik...” - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ