EURO 2,0032 NEFT 63,37
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:07.04.2017 12:26:34

ABŞ Suriya münaqişəsinin başlamasından bəri ilk dəfə olaraq Suriya HHQ-in aviabazasına sarsıdıcı raket zərbəsi endirib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ Suriya münaqişəsinin başlamasından bəri ilk dəfə olaraq Suriya HHQ-in aviabazasına sarsıdıcı raket zərbəsi endirib.

Ölənlərin olduğu qeyd edilir. Homs əyalətinin qubernatoru Təlal əl-Bərrazi bildirib ki, hava zərbəsindən sonra yanğın başlayıb, bir neçə nəfər xəsarət alıb:

İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər həlak olub, 7 nəfər yaralanıb.

ABŞ hücumu nəticəsində ölənlər arasında dinc sakinlər də var.”, - deyə o əlavə edib. 

Bazadakı bütün təyyarələr sıradan çıxıblar. Demək olar ki, o tamamilə məhv olub.”, - deyə bazanın əməkdaşı bildirib.

SANA-nın məlumatına əsasən, bazadakı yanğın davam etməkdədir.

ABŞ tərəfinin sözlərinə görə, aviabazada rusiyalı hərbçilər də ola bilərdi. Rusiya Müdafiə Nazirliyi isə bu məlumatı hələ şərh etməyib.

ABŞ Prezidenti Donald Tramp məlum zərbəni Suriyanın guya ki, aprel ayının 4-də İdlibin dinc sakinlərinə etdiyi hücuma “mütənasib cavab” adlandırıb. Bununla da hazırkı ABŞ Prezidenti xələfi Barak Obamanın keçməyə cürət etmədiyi “xətti” keçib. Qeyd edək ki, Obama yalnız Suriya müxalifətinə hərbi dəstəklə kifayətlənirdi.

Qeyd edək ki, hələ bir neçə il öncə Obama prezidenti olan zaman, Tramp onu “axmaq lider” adlandırmışdı və Suriyaya hücum etməyə səsləmişdi, çünki bu addım ABŞ-a pis nəticələrdən başqa heç nə verməyəcək.

Sarsıdıcı zərbə

Pentaqonun rəsmi məlumatına əsasən, Aralıq dənizi akvatoriyasındakı Ross və Porter qırıcıdaşıyan gəmilərindən yerli vaxtla saat 4.40 radələrində Suriya HHQ-in Şayrat aviabazasına zərbə endirilib. 59 ədəd qanadlı “Tomahawk” raketi atılıb. Bu zərbəni ABŞ müstəqil şəkildə, müttəfiqlərinin iştirakı olmadan endirib.

“Şayrat aviabazası kimyəvin silahı saxlanılması və Suriya HHQ-in məqsədləri üçün istifadə olunurdu. ABŞ Kəşfiyyat Xidmətinin rəyinə görə, Şayratdakı təyyarələr aprel ayının 4-ü kimyəvi hücum edib. ABŞ-ın zərbəsi Suriya “rejiminin” yeni kimyəvi hücumlarının qarşısının alınması üçündür.”, - detə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyanatında bildirib.

Biz zərbənin nəticələrini qiymətləndiririk. İlkin məlumatlar onu göstərir ki, zərbə nəticəsində Şayrat bazasındakı Suriya təyyarələrinə və müdafiə infrastrukturuna ciddi zərər dəyib. Bu, Suriya hökumətinin kimyəvi silahdan istfadə qabiliyyətini aşağı salıb.

Bundan başqa, Pentaqon iddia edir ki, “baza personalı və orada olan rusiyalı hərbçilər üçün riski minimuma endirməyə çalışıblar”. Əlavə edilib ki, zərbədən öncə bərqərar edilmiş əlaqə kanalları ilə rusiyalı hərbçilər məsələ ilə bağlı xəbərdar ediliblər. Qeyd edək ki, həmin kanallar Suriyada münaqişələrin qarşısının alınması üçün istifadə olunurlar.

ABŞ hərbi variantların geniş seçimini saxlayır.”, - deyə “Suriyaya növbəti zərbələrinin endirilməsi mümkündür mü?” sualının cavabında Pentaqon nümayəndəsi bildirib.

 

Əsədi vəzifəsindən kənarlaşdırmaq

ABŞ-ın hərbi tədbirlərə əl atmağa hazır olması artıq çərşənbə günü aydın olmuşdu. O zaman Tramp bildirmişdi ki, Suriya Prezidenti Bəşər Əsədə qarşı baxışını və münasibətini yenidən gözdən keçirib. Trampın sözlərinə görə,  “Əsəd dinc insanlara hücum edərək, bir çox qırmızı xətləri keçdi”.

Hərbi əməliyyatdan bir az keçəndən sonra Tramp xüsusi müraciətlə çıxış edib. ABŞ telekanalları onun bu nitqini yazılmış lentdən translyasiya ediblər. Lakin adətən prezidentlər bu cür hadisələrdən sonra canlı efir vasitəsilə çıxış edirdilər.

Əsəd BMT-in kimyəvi silahlara dair qətnaməsini pozub.”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti yenidən Əsədi kimyəvi hücum edərək, köməksiz kişi, qadın və uşaqları “boğub öldürməkdə” ittiham edib.

Kimyəvi silahların yayılmasının və istifadəsinin qarşısının alınması ABŞ-ın həyati dərəcədə mühüm maraqları daxilindədir. Şübhə yoxdur ki, Suriya qadağan edilmiş kimyəvi silahdan istifadə edərək,  kimyəvi silahın qadağan edilməsi haqda konvensiya çərçivəsindəki öz öhdəliklərini və BMT TŞ-ın bir çox qətnamələrini pozub. Əsədin davranışını dəyişməyə dair bütün son cəhdlər dramatik uğursuzluğa düçar oldu.”, - deyə Tramp bildirib.

Qaçqın böhranı dərinləşməyə və regiondakı vəziyyət sabitliyini itirməyə davam edərək, ABŞ və onun müttəfiqlərini təhdid edir.”, - deyə o qeyd edib.

ABŞ dövlət katibi Reks Tillerson isə öz növbəsində, rəsmi Vaşinqtonun Əsədin gələcəyi gündəlikdə olmaması haqda səsləndirdiyi rəsmi bəyanatlarından sonra ilk dəfə bildirib ki, ABŞ Suriya üzrə Cenevrə prosesindən istifadə edəcək ki, Əsədi devirsin. Qeyd edək ki, əvvəlki Barak Obama administrasiyası da məhz buna nail olmağa çalışırdı və buna görə də hələ prezidentliyə namizəd olan Tramp da onu tənqid edərək hesab edirdi ki, ABŞ digər ölkələrin işlərinə çox qarışmamalıdır.

Tillersonun sözlərinə görə, Vaşinqton zərbəni endirərkən Rusiyanın razılıq verməsini istəməyib. O, həmçinin Rusiyanı da 2013-cü ildə əldə olunmuş Suriya kimyəvi silahlarının məhv edilməsinə dair sazişi guya ki, yerinə yetirməməkdə ittiham edib. Tillerson bildirib ki, Rusiya guya ki, “ya göz yumub, ya da ki, razılığa əmək etməkdə səriştəsizlik edib”.  Onun sözlərinə görə, ABŞ çox böyük əminliklə ehtimal edir ki, Suriya rəhbərliyi zarin qazından olan kimyəvi silahlardan istifadə etməyə davam edirdi.

Nəhayət, Tillersonun fikrincə, ABŞ-ın Suriyaya endirdiyi hava zərbəsi Trampın “qəti addımlar atmağa” hazır olduğu göstərir.

 

FİKİRLƏR

Trampın hərəkətləri ABŞ-da ümumilikdə gözlənilən və müsbət reaksiyaya səbəb olub.

Məşhur “qırğılar” sayılan senatorlar Con Makkeyn və Lindsi Qrem zərbəni alqışlayaraq və “Suriya HHQ-ni tamamilə sıradan çıxarmağa” və humanitar böhranın dəf edilməsi üçün ölkədə “təhlükəsiz zonalar” yaratmağa səsləyiblər.

ABŞ Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü Adam Şiff isə öz tərəfindən belə fikir səsləndirib ki, ABŞ Suriyaya yeni raket zərbələri endirmək niyyətində deyil.

Hazırda bir zərbədən çox zərbənin endiriməsi kimi fikir yoxdur.”, - deyə Şiff MSNBC telekanalına verdiyi müsahibədə bildirib.

Lakin respublikaçı senator Rend Pol qeyd edib ki, Tramp Suriyadakı hərbi bazaya zərbə endirmək üçün ABŞ konqresinin icazəsini istəməli idi.

Prezident hərbi əməliyyatların keçirilməsi üçün konqresin icazəsini almalıdır.”, - deyə o “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, “baxmayaraq ki, ABŞ Suriyada hücuma məruz qalmayıb, biz yenə də Suriyadakı zorakılığı pisləyirik”.

Suriyanın Homs əyalətinin qubernatoru Taləl Bərazi isə öz növbəsində bildirib ki, ABŞ-ın endirdiyi raket zərbəsi “silahlı terror qruplaşmalarının” və İŞİD-in hədəflərinə xidmət edir.

Suriya rəhbərliyi və Suriya siyasəti dəyişməyəcək. Bu zərbə ilk zərbə deyil və düşünürəm ki, son zərbə də olmayacaq.”, - deyə o Suriya Milli Televiziyasına verdiyi müsahibədə bildirib.

 

Dünya ölkələrinin reaksiyası

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın endirdiyi məlum zərbələri uydurma bəhanə ilə müstəqil dövlətə qarşı aqressiya və beynəlxalq hüquq normalarının pozuntusu adandırıb. Rusiya XİN-i hadisə ilə bağlı yaxın zamanda bəyanatla çıxış etmək niyyətindədir. Rəsmi Moskva BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasını tələb etmək niyyətindədir. Federasiya Şurası bildirib ki, Vaşinqtonun addımları Suriya müxalifəti ilə əldə olunmuş razılıqları, o cümlədən də Cenevrə razılığını da sual altına qoya bilər. Şura komitəsinin müdafiə və təhlükəsizlik üzrə başçısı Viktor Ozerov istisna etmir ki, baş vermiş hadisə Rusiya və ABŞ hərbçiləri arasında Suriyada əldə olunmuş  qarşılıqlı əlaqənin üstündən xətt çəkə bilər.

İran da öz növbəsində hava zərbəsini pisləyib, Yaponiya hakimiyyəti isə Milli Təhlükəsizlik Şurasının təcili iclası haqda elan edib. Buna parallel olaraq isə, İsrail rejimi ABŞ-ın hərəkətlərini “tam dəstəkləyib” və Prezident Reuven Rivlin həmin addımları “bütün azad dünyaya nümunə adlandırıb”. Türkiyənin baş nazirinin müavini Kurtulmuş, Səudiyyə və terrorçu qruplaşmalar hücumu alqışlayıblar.


ABŞ Suriya hərbi bazasına zərbə endirdi, nə baş verir? - TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib
    “Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz, təxribatçı və destruktiv ittihamı rədd edirik”
     15.12.2017
    Ölkəmizdə də
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ