EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:11.09.2019 14:46:23

Məhərrəm ayında Aşura günü ABŞ və İsrailin "əsas təhlükə" gördüyü 3 ərəb liderindən İrana birbaşa və subliminal mesajla dəstək verməsi analitiklərin diqqət mərkəzindədir.

İslamazeri.com xəbər verir ki, Məhərrəm ayında Aşura günü ABŞ və İsrailin "əsas təhlükə" gördüyü 3 ərəb liderindən İrana birbaşa və subliminal mesajla dəstək verməsi analitiklərin diqqət mərkəzindədir.

Söhbət Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah, Yəmən Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Əl-Husi və İraqın "Sədr" hərəkatı lideri Seyid Müqtəda Sədrdən gedir.

Livan Hizbullah hərəkatı və Yəmən Ənsarullahı birbaşa İrana dəstək mesajları versədə, İraqın "Sədr" hərəkatının lideri Seyid Müqtəda Sədr ara-sıra manevrləri Səudiyyə və ABŞ-ın ümidlənməsinə səbəb olsa da, Aşura günü Tehranda çəkilən foto bu ümidləri puç etmiş oldu.

Söhbət Ayətullah Xameneinin məzhərində təşkil olunan İmam Hüseynin əza mərasimində Seyid Sədrin İslam İnqilabının Rəhbərinin və İsrailin əsas düşmən kimi qələmə verdiyi "Qüds" briqadasının komandanı, General Qasim Süleymaninin arasında çəkilən fotonun subliminal mesajından gedir.

Fotonun xüsusi olaraq mediada yayılması, şiə dünyasının çox nüfuzlu lideri Ayətullah Xameneinin yanında oturması sanki Seyid Nəsrullahın və Seyid Husinin dilə gətirdiklərini subliminal mesajla təkrarı kimi görünür.

Seyid Nəsrullahdan Ayətullah Xameneiyə açıq dəstək...

Seyid Nəsrullah Tasua axşamı günü çıxışı zamanı ABŞ və İsrailə qarşı mesajlarının yanında " Bu gün Amerika, sionist rejim və onların əlaltıları bizim xeymə məkanımızı və mehvərimizi mühasirə etmək istəyirlər, amma bu xeymə məkanının komandanı İmam Xamenei və bu xeymə məkanının mərkəzi, İran İslam Respublikasıdır ki, mühasirə, aclıq və müharibə ilə təslim olmayacaq və biz qanımızın son damlasınadək onu himayə edəcəyik.", - deyərək açıq dəstəyini Ayətullah Xameneiyə təqdim etmişdir.

Yəmənli lider də dəstəyini bildirdi...

Seyid Husi Yəməni müsasir Kərbəla adlandıraraq "İndiyədək on minlərlə nəfərin ölümü və yaralanması, milyonlarla nəfərin də didərgin düşməsi ilə nəticələnən Yəmən savaşı bu ölkə xalqının məzlumluğunu göstərir və Yəmənin səhnəsi bu gün müasir Kərbəladır.", - bildirmiş və Yəmən təzyiqlər qarşısında İran İslam Respublikasını himayə edəcəyini açıqlayıb.

“Ənsarullah” və “Hizbullah” arasında oxşar cəhətlər...

1. İctimai dəstək - “Hizbullah”ın Livanda müsəlmanların dəstəyinin ən azı yarısını qazandığı kimi, “Ənsarullah” da, Yəmən əhalisinin 40 faizindən çoxunun dəstəyini qazanmışdır.
2. Hərbi güc- Ənsarullah da “Hizbullah” kimi hərbi gücə sahibdir .Burada yalnız fərq budur ki, Hizbullah Livanın bir gücü sayıldığı halda, Ənsarullah hələ ki, Yəmən ordusunun bir hissəsi sayılmamaqdadır.
3. Məzhəb - hər ikisi şiədir. “Hizbullah” 12 imamçı, Yəmən isə zeydi və 12 imamçı. Qeyd edək ki, Husi hərəkatının yüksək rütbəlilərinin artıq 12 imamçı şiə olmaları haqda məlumatlar dolaşır.
4. İdelogiya və ittifaq - hər iki təşkilat ABŞ və İsrailə qarşı olmaqla İranla ittifaq halındadırlar və İslam Respublikasıyla yaxın münasibətlərə sahibdirlər.
5.  Suriya mövqeyi - Hər iki təşkilat Bəşər Əsədə dəstək verir
Huseyn Əl Husi hazırda “Ənsarullah”ın lideri olan Əbdülməlik Əl Husinin qardaşı olub. O əvvəl bu təşkilata rəhbərlik edib. Huseyn Əl Husinin İranın Qum şəhərində təhsil aldığı və sonra şəhid edildiyi də bildirilir .
“Husi” döyüşçüləri bir neçə dəfə Səudiyyə və Yəmən ordusu ilə üz-üzə gəliblər. Səudiyyə ordusunun hücumunu dəf edən husilər Abdullah Salehin prezidentlik dövründə bir neçə hərbi qarnizonu ələ keçirmişdi. Bundan sonra hökümət atəşkəsə razılıq vermişdi.
“Əl Qaidə” və İŞİD-in “Ənsarullah”a münasibəti
Hazırda “Əl Qaidə” Yəməndə hər münasib vaxt tapan kimi Əl-Husi tərəfdarlarına qarşı terror aktları həyatı keçirməkdədir. İŞİD lideri Əbubəkr Bağdadinin son açıqlamasında(ölüm xəbərindən sorna yayılan səs yazısında) Yəməndəki Əl Husi hərəkatı haqda da danışmışdır. O öz tərəfdarlarını Əl-Husi tərəfdarlarına hücuma keçməyə çağırmış və husiləri mürtəd adlandırmışdır.
Müqtəda Sədr haqda...
Müqtəda əs-Sədr - İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvolu sayılırdı.  

Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur.

Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S.Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü. 

Müqtədaya atasından böyük bir miras qalmışdı. Bu miras xeyriyyə qurumları əsasında formalaşmışdı ki, Müqtədanın atası sağ ikən şəxsi vəsaiti ilə məscidlərə, xəstəxanalara və universitetlərə yardım edirdi. Atasının xeyriyyə işini davam etdirmək qərarına gələn Müqtəda İraqda hərbi əməliyyatların başa çatdığı elan edildikdən sonra paytaxt Bağdadın yenidən qurulması üçün öz köməyini təklif edir. O, paytaxtdakı məktəb və xəstəxanaların bərpası işində yaxından kömək göstərmək istədiyini bildirir.

2003-cü ilin aprelində Müqtədanın tərəfdarları Bağdadın Sədr-Siti səmtində bir sıra ictimai xidmətləri həyata keçirməyə başlayırlar. Bu xidmətlərə xəstələrin və yaralıların xəstəxanalara çatdırılması, şəhərin və atmosferin təmizlənməsi, humanitar yardımın paylanması, gecə vaxtı şəhərdə patrul xidmətinin yerinə yetirilməsi və yol hərəkəti qaydalarının tənzimlənməsi kimi bir sıra işlər daxil idi. Tədricən şəhərin şiə məhəllələrinin bütün idarəsi əs-Sədr administrasiyasının əlində cəmləşir. Bununla paralel olaraq, Müqtəda əs-Sədr İraqın müxtəlif şəhərlərindən olan şiələrin də qoşulması ilə hərəkatın hərbi qanadı olan "Mehdi Ordusu"nu formalaşdırır. Sədrin fəaliyyətini İraq əhalisinin 10-30%-i dəstəkləyirdi ki, bu da bir neçə milyon nəfər mənasına gəlirdi. Müqtəda əs-Sədr 2003-cü ildə İraqın koalisiya orduları tərəfindən işğalına heç bir münasibət bildirməyən ölkənin şiə alimlərini kəskin dillə tənqid edir. O, digər şiə din xadimlərini İraqın siyasi gələcəyinin müəyyən edilməsində fəal surətdə rol oynamasını istəyirdi.

2004-cü ildə isə "Mehdi Ordusu" İraqın Nəcəf şəhərində koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır.

Koalisiya qüvvələri ilə əs-Sədr tərəfdarları arasında nisbi sakitlik qısa müddət davam edir və yerini silahlı toqquşmalara buraxır. Artıq 2004-cü ilin martında müvəqqəti hökumət Müqtəda əs-Sədrə məxsus əl-Hövzə qəzetinin fəaliyyətinə xitam verir. Bu hadisədən qısa bir müddət sonra Müqtədanın ən yaxın köməkçilərindən olan Mustafa Takubi həbs edilir. M.Takubinin həbsi əs-Sədr tərəfdarlarının bir həftə davam edən nümayişləri ilə müşayiət olunur. Bu dövrdə Müqtəda əs-Sədr "Mehdi Ordusu"nun 2003-cü ildən başlayan formalaşma işini başa çatdırmışdı. Artıq 2004-cü ildə ordudakı əsgərlərin sayı 10 min nəfərə çatırdı. "Mehdi Ordusu" Bağdadda və İraqın cənubunda şiələrin daha çox yaşadığı əyalətlərdə koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır.

2007-ci ilin fevralında Müqtəda əs-Sədr İraqı tərk edərək, İrana üz tutur. Buna İraq təhlükəsizlik qüvvələrinin dini liderin həbs edilməsi üçün Bağdad şəhərində əməliyyatlar keçirməsi səbəb olur.

2008-ci ilin mart ayının 31-də Bağdadda kommendant saatı ləğv edilir. Hökumət bu addımı M. əs-Sədrin tərəfdarlarına hərbi əməliyyatları dayandırmaq barədə göstərişindən sonra atır.

Müqtəda əs-Sədrin "Mehdi Ordusu" ilə koalisiya və müvəqqəti hökumətin qoşunları arasında döyüşlər 2008-ci ilin avqust ayının 28-ə qədər davam edir. 2008-ci ilin avqustun sonlarında isə Bağdaddakı şiə döyüşçülərinin lideri Müqtəda əs-Sədr yaydığı bəyanatla özünün hərbiləşdirilmiş təşkilatı olan "Mehdi Ordusu"nun fəaliyyətini dayandırğını elan edir. Hazırda Müqtəda Sədrin təhsil və siyasi fəaliyyətini İranın Elmi Mərkəzi sayılan Qumdan həyata keçirir.

 Sədrin İranla ixtilafı varmı?

Ara-sıra Müqtəda Sədrin İranla ixtilafı olduğu haqda mediada məlumatlar yayılır. Lakin ötən ilin may ayında İran İslam Respublikasının Bağdaddakı səfiri İrəc Məscidi İran İslam Respublikası ilə İraqın Sədr Cərəyanı arasında ixtilafın mövcud olmasına dair yayımlanan bəzi xəbərləri təkzib edir. "İran və Müqtəda Sədrin əlaqələri dostluq və qardaşlıq əlaqələridir.", -deyə səfir açıqlama verir. Bundan sonra İraqda "Sədr" hərəkatının siyasi bürosunun məsul şəxsi Ziya Əl Əsədi Livanın "Almayadeen" telekanalına müsahibəsində deyir: "İran və İraq müştərək tarixi, mədəni, ictimai, iqtisadi və ticari maraqlara malikdirlər və biz heç vaxt başqalarının bu mövzudakı diqtələrini qəbul etməyəcəyik." O ABŞ-ın İran haqdakı açıqlamalarını da tənqid edərək bunları qəbuledilməz adlandırır. "İraqın siyasəti təkcə bir meyar əsasında təyin edilməlidir və o, İraqın maraqları, eləcə də qonşu ölkələrin mənafeyi və onlarla müvazinətli əlaqələrə malik olmaqdır və Amerikanın istəklərini qəbul etməyə İraqda yer yoxdur.", -deyə "Sədr" hərəkatının siyasi bürosunun məsul şəxsi Ziya Əl Əsədi əlavə edir.

Göründüyü qədər İraqda nüfuz sahibi, lakin tam olaraq gücü əlində birləşdirə bilməyən Müqtəda Sədr son məclisdəki foto ilə İranın yanında olunduğunu göstərmək istəyib.


ABŞ, Səud və İsrail üçlüyünün ehtiyat etdiyi üç ərəb liderdən "İranın yanında mesajı" - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şirkət Nyu-Orlean Apellyasiya Məhkəməsinə müraciət edib
     05.12.2019
    Türkiyənin tanınmış ilahiyyatçı alimi Alparslan Kuytul azad olundu
    Adana "Furqan" Təhsil və Xidmət Fonduna qarşı istintaq çərçivəsində həbs olunan Alparslan Kuytul azad olunub
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ