1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:26.04.2019 02:22:38

ABŞ-ın Türkiyə iqtisadiyyatını hədəf alan sanksiyalarının nəticəsi olaraq türk lirəsi ABŞ dolları qarşısında böyük miqdarda zəifləyib

ABŞ-ın Türkiyə iqtisadiyyatını hədəf alan sanksiyalarının nəticəsi olaraq türk lirəsi ABŞ dolları qarşısında böyük miqdarda zəifləyib

İslamazeri.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 avqustda verdiyi bəyanatda ABŞ-ın həmlələrini Türkiyəyə elan edilmiş bir "iqtisadi müharibə" kimi qiymətləndirdi. Ərdoğan Türkiyənin alternativsiz olmadığını vurğulayıb və "Vaşinqton tək tərəflilik və hörmətsizlik ardıcıllığını əksinə çevirə bilməsə yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq", - deyib.

ABŞ-ın "iqtisadi müharibə" elan etdiyi yeganə ölkə Türkiyə deyil. ABŞ-ın hədəf taxtasında həmçinin Rusiya, Çin, İran və Venesuela da var. ABŞ-ın maliyyə blokadası ilə mübarizə aparan sözügedən ölkələrdən Türkiyəyə qarşı dəstək açıqlamaları da gəlməyə davam edir.

Digər tərəfdən, ABŞ-ın hədəfində olan ölkələr ABŞ-ın sanksiyalarını cavabsız qoymur. 34 milyard dollarlıq ABŞ məhsuluna 25 faiz gömrük vergisi gətirərək ABŞ-a cavab tədbirləri həyata keçirən Çin kimi, Rusiya da ABŞ-ın daşınan qiymətlərindən xilas olmağa və milli pul vahidindən ödəmələri artırmağa davam edərək cavab tədbirləri görəcəyini açıqlayıb.

Avqustun ilk həftəsində ABŞ-a nümayəndə heyəti göndərən Türkiyədən isə hələ ABŞ-a qarşı sanksiya qərarı gəlməyib. Ancaq yaxın günlərdə Türkiyənin də, Rusiyanın yerli valyutalarla ticarət təşəbbüsünə daxil olması gündəm mövzusu ola bilər


ABŞ sanksiyalarının məngənəsində Türkiyə iqtisadiyyatı - QISA ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ