EURO 1,9972 NEFT 51,06
USD 1,7008 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:24.05.2017 17:58:21

ABŞ-ın Soyuq Müharibə dövrünə aid hücum planları 60 il sonra ortaya çıxıb.

İslamazeri.com "Euronews"a istinadən xəbər verir ki, ABŞ Strateji Hava Komandanlığı tərəfindən 1956-da hazırlanan "1959 Üçün Atom Silahları Tələbləri Araşdırması" adlı çox gizli bir fəaliyyətin üzərindəki sirr pərdəsi bu ölkənin Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən qaldırılıb.

Sənədlərə görə, ABŞ mümkün müharibə vəziyyətində, prioritet sırasına qoyulan hədəfləri 1,7 ilə 9 meqaton arasında dəyişən bombalarla vurmağı planlaşdırıb. Bu hədəflərin ən başında Rusya olub.

Sənədlər dəhşətli bir həqiqəti də gün üzünə çıxarıb. Təkcə hərbi bazalar, hava limanları və düşərgələr deyil, mülki yaşayış məntəqələri də hədəf siyahısında olub.

Rusiyadakı bir çox şəhərlə yanaşı Pekin, Şərqi Berlin və Varşava daxil olmaqla 1200 şəhər mülki əhali ilə birlikdə "sistematik yox etmək" amalı ilə nəzərdə tutulub. Beynəlxalq hüquqa zidd olmasına baxmayaraq...

Moskvada 179, Leninqradda (indiki Sankt-Peterburq - red.) 145 nöqtə. Hər biri təhdid səviyyəsinə görə prioritet sırasına düzülüb.

Sovetlərin bombardman qüvvələrinə ən yüksək prioritet dərəcəsi verilərkən, indiki Belarus ərazisində yerləşən və Qərbi Avropadakı NATO qüvvələrini təhdid etmə gücünə malik orta mənzilli TU-16 bombardman təyyarələrin olduğu iki hava bazasına birinci və ikinci dərəcədə üstünlük verilib.

Bu hədəflərin çoxunun Xirosimada istifadə edilən atom bombasından daha güclü nüvə silahları ilə vurulması planlanıbmış.

Araşdırmada, Strateji Hava Komandanlığının yayındırma məqsədilə və ya sürpriz bir Sovet təcavüzü halında "ciddi nəticə" verəcək 60 meqaton gücündə, yəni Xirosimaya atılan bombadan 4 min qat güclü nüvə bombası istədiyi ortaya çıxıb.

Siyasi səbəblərə görə Qərbi Avropa üçün daha az təsirli atom bombaları nəzərdə tutulub.

Hücum planına əsasən, Rusiya, Belarus, Ukrayna və Estoniyadakı hədəflənmiş hərbi hava bazalarının başında Byxov və Orşa hava bazaları prioritet olub.

ABŞ bu dövrdə 12 min nüvə başlığına malik olub. İki il sonra bu say 22 minə çıxmışdı.

Hücum planına aid proqramlar nüvə tarixi lisenziyalaşdırma layihəsi həyata keçirən Corc Vaşinqton Universiteti tərəfindən yayımlanıb.


ABŞ Rusiya və Şərqi Avropaya atom bombaları atmaq istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-da müsəlman icması bu yolla yoxsul ailələrə sevinc bəxş etdi
    ABŞ-ın Vokiqan şəhərini müsəlmanları ehtiyyacı olan ailələri sevindiriblər.
     16.08.2017
    Binəqədi, Mehdiabad və Novxanıya dörd milyon manat ayrılıb
    İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
     16.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ