1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.05.2017 13:38:56

ABŞ HDQ Koreya yarımadasına yeni gəmi göndərir.

İslamazeri.com-un CNN telekanalına istinadən verdiyi xəbərə əsasən, ABŞ Hərbi-Dəniz Qüvvələri (HHQ) “Ronald Reyqan” adlı qırıcıdaşıyan gəminin Koreya yarımadasına dislokasiya edilməsinə başlayıb.

Pentaqondakı mənbənin məlumatına görə, “Ronald Reyqan” digər ABŞ HDQ-yə məxsus digər gəmilərlə birlikdə bu ərazidə təlimlər keçirəcək.

Qeyd edək ki, bazar günü - may ayının 14-ü gecə saatlarında Şimali Koreyanın növbəti raket sınağı keçirməsindən sonra, Koreya yarımadasındakı vəziyyət gərginləşib. Bazar ertəsi günü rəsmi Pxenyan orta-mənzilli ballistik raketin uğurlu sınağının keçirildiyi haqda rəsmi şəkildə elan edib. Raket 30 dəqiqə uçaraq, 800 km məsafə qət edib. Raket Yapon dənizində Yaponiya iqtisadi zonasının xüsusi hüdudlarından kənara düşüb. 2 min kilometrlik hündürlüyə ilk dəfə olaraq nail olunub.

Daha əvvəl aprel ayında başda “Karl Vinson” adlı atom-qırıcıdaşıyan gəmisi olmaqla ABŞ qırıcıdaşıyan gəmilərindən ibarət dəstə Koreya yarımadasına yaxınlaşdı. Yapon dənizində irəlilədikcə qırıcıdaşıyan gəmi Yaponiya Hava Hücumundan Müdafiə qüvvələri, daha sonra isə Cənubi Koreya HDQ ilə birlikdə təlimlərdə iştirak etdi. Bildirildi ki, “Karl Vinson”un başçılıq etdiyi zərbəçi dəstə Cənubi Koreya ilə birgə əməliyyatlarda iştirak üçün qeyri-müəyyən müddətə Koreya yarımadasının akvatoriyasında qalacaq.


ABŞ “Ronald Reyqan”ı Koreya yarımadasına göndərdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ