1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:11.05.2017 18:01:09

ABŞ Türkiyəni təhdid edən PKK-nı hərbi yardımları ilə Suriya sərhədində gücləndirərək, NATO-nun yaradılış məqsədini pozur.

ABŞ Türkiyəni təhdid edən PKK-nı hərbi yardımları Suriya sərhədində gücləndirir. NATO müqaviləsinə görə "müttəfiqi Türkiyə"nin təhlükəsizliyini gücləndirmək öhdəliyi olan ABŞ, İttifaqın yaradılış məqsədini pozur.

ABŞ-ın ortaya çıxmasında və inkişafında ən böyük pay sahibi olduğu NATO-nun struktur müqaviləsi üzvlərinin kütləvi müdafiə və sülh ilə təhlükəsizliyin qorunması üçün səylərini birləşdirməkdə qərarlı olduqlarına vurğu edərək başlayır.

NATO müqaviləsi ABŞ və Türkiyə kimi müttəfiqlərə bir-birinin təhlükəsizliyini gücləndirmək məsuliyyəti gətirir. ABŞ isə PKK-nın Suriyanın beşdə birinə yayılıb, Türkiyəyə qarşı böyük bir təhlükəyə çevrilməsinə səbəb oldu.

Müqavilə üzvlərinə hücuma məruz qalan müttəfiqlərinə yardım öhdəliyi verərkən, PKK NATO üzvü olan Türkiyəyə, yenə NATO üzvü ABŞ-dan aldığı silahlarla hücum edir.

TSQ-nın Karaçok hərəkatına ABŞ raketilə cavab

 

Türkiyənin 26 apreldə Suriyanın Karaçok və İraqın Sincar bölgəsindəki PKK hədəflərini vurmasının ardınca terror təşkilatının sərhəd xəttindəki TSQ mövqelərini hədəf alan hücumlarında Amerikan istehsalı TOW raketi istifadə etdiyi ortaya çıxıb.

 

PKK-nın əlindəki digər ABŞ silahları

 

AA müxbirinin Suriyada vuruşan PYD/PKK-çıların meydanda çəkərək sosial media səhifələrində paylaşdıqları görüntülərdən apardığı araşdırmaya görə, təşkilatın əlində TOW raketləri ilə yanaşı, ABŞ mənşəli aşağıdakı silah və hərbi texnikalar var:

Zenit-raket kompleksi və raket qurğuları, 80 və 120 mm-lik artilleriya, MK19 qumbaraatan, M4 "Cabrine" və M16 piyada tüfəngləri, "Humwee" tipli hərbi avtomobillər, "Cougar" tipli zirehli personal daşıyıcılar, pilotsuz kiçik hava müşahidə vasitələri.

ABŞ Türkiyənin dəfələrlə tələb etməsinə baxmayaraq satmağa razı olmadığı FGM-148 Javelin Anti-tank raketlərini yenə də PKK-nın Suriya kadrları ilə bölüşür.

Suriya-Türkiyə sərhədinin 65 %-ini ələ keçirdi

 

AA-nın xəritə-məkan ölçülərinə görə, Suriya torpaqlarının 20 %-dən çoxu və Suriya-Türkiyə sərhədinin təxminən 65 %-i qruplaşmanın əlinə keçmiş vəziyyətdədir.

ABŞ "SDQ" maskasına sığınır

 

ABŞ-ın Suriyada müttəfiq kimi qiymətləndirdiyi PYD/PKK silahlıları ölkədə "SDQ" adından istifadə edir.

SDQ adına keçid edilməsindən etibarən ABŞ, PYD/PKK-ya yardımlarını sürətlə artırıb. Amerikan rəhbərliyi hərbi yardımlarını PYD/PKK-ya deyil, SDQ-yə etdiyini, hətta silahların yalnız bu quruluş içində sayları bir neçə yüzü keçməyən "Suriya Ərəb Koalisiyasına" yönləndirdiklərini iddia edərək, Türkiyənin əks-reaksiyalarının qarşısını almağa çalışır.

 

Tərcümə İslamazeri.com saytına məxsusdur...


ABŞ PYD/PKK tərəfdaşlığı ilə NATO müqaviləsini pozur - İNFOQRAFİKA-TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ