1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.01.2018 10:56:55

ABŞ prezidenti barədə rüsvayçı kitabın müəllifi, jurnalist Maykl Wolff belə bir tvit yazıb: "Kitabı sabah ala bilərsiniz, cənab prezident"

"The Guardian" yazır ki, Trampın vəkilləri Ağ Evdə, onun haqqında yazılmış kitabın çapını dayandırmaq üçün baş sındırırlar. Ağ Evin kitabı çap etməmək göstərişinə cabab olaraq, naşir çapı irəli çəkib və kitab bu gün işıq üzü görməlidir.

 

ABŞ prezidenti barədə rüsvayçı kitabın müəllifi, jurnalist Maykl Wolff belə bir tvit yazıb: "Kitabı sabah ala bilərsiniz, cənab prezident".

 

"Atəş və qəzəb: Trampın Ağ Evində" (Fire and Fury: Inside the Trump White House) kitabı gələn çərşənbə axşamı çıxmalı idi, lakin "The Guardian" müəyyən hissələri çap etdikdən sonra Ağ Evdə fırtına başlayıb.

 

Tramp üçün vəziyyəti qəlizləşdirən bir də budur ki, o, eyni vaxtda keçmiş dostu və müşaviri Stiv Bennonla söz müharibəsinə girişib.

 

Bennon Trampın böyük oğlunun rusiyalı vəkillə görüşməsini "xəyanət" və "qeyri-vətənpərvər" hərəkət adlandırmışdı.

 

Bunun cavabında Tramp yazıb ki, "Bennon vəzifəsini itirəndə, görünür, ağlını da itirib…"

 

Kitaba gəlincə, onun müəyyən hissələri "The Guardian" qəzetində dərc edildikdən sonra, başqa hissələri də "New York" jurnalı, habelə "New York Times" və "Wall Street Journal"da çap olunub.

 

Kitabın 250 min nüsxəsi çap edilib. Trampı təmsil edən hüquq firması çapın və satışın dayandırılmasını tələb etsə də, Holt & Co nəşriyyatı bildirib ki, əksinə, "misilsiz tələbata" görə kitab cümə günü satışa çıxacaq.

 

Nəşriyyat bildirib ki, vəkillərdən "dayan" komandası alsa da, "Atəş və qəzəb" kitabını "milli diskussiyamıza fövqəladə töhfə sayır".

 

ABŞ hüquqşünasları bildirirlər ki, Trampın bu kitabı dayandırmaq şansı sıfıra bərabərdir.

 

Amerika Vətəndaş Azadlıqları İttifaqının direktoru Ben Vizner deyib ki, hətta Trampın vəkilləri də bu işi məhkəməyə aparacaq qədər axmaq deyillər.

 

Ağ Evin "saxtakarlıq və yalanla dolu" adlandırdığı kitab Amazonun bestseller siyahısında 48 min 449-cu yerdən birinci yerə qalxıb.

 

Bəs, görəsən, Trampı dəhşətə gətirən bu kitabın içərisində nələr var? Britaniya mətbuatı kitabdan bəzi parçaları artıq dərc edib.

 

Melania Trump"Atəş və qəzəb" kitabında qeyd olunur ki, Trampın seçkidə qalib gəldiyi elan olunan kimi onun arvadı Melania ağlamağa başlayıb

Melanianı niyə ağlamaq tutub?

"The Telegraph" qəzetində dərc olunmuş məqalədə "Atəş və qəzəb" kitabına istinadən qeyd olunur ki, Trampın seçkidə qalib gəldiyi elan olunan kimi onun arvadı Melania ağlamağa başlayıb.

 

Melanianın dediyinə görə, "Tramp özünü "sanki gözünə cinlər görünürmüş kimi aparırdı. Tramp çaş-baş qalmışdı. O, qələbə qazanacağını gözləmirdi və hətta istəmirdi. Onun deyilənlərə görə, öz şəxsi televiziya kanalını açmaq planı vardı..."

 

Ağ Evin kommunikasiyalar direktoru Stefan Grişam kitabdakı iddiaları yalan adlandırıb və deyib ki, bu kitabı mağazaların fantastika bölümündə satmalıdırlar. Onun sözlərinə görə, xanım Tramp ərinin qələbəsinə əvvəldən inanıb və onu dəstəkləyib.

 

Trampın saçı

Qızı İvankanın fikrincə, atası saçını boyamaq üçün Just for Men saç boyasından istifadə edir. Bu boyanın bir xüsusiyyəti saç uzandıqca rənginin tündləşməsidir. Hər halda qızı atasının saçlarındakı portağal rəngini bununla izah etməyə çalışır. Ümumiyyətlə, prezidentin saç düzümünün qəribəliyinə gəlincə, İvanka guya bildirib ki, atası "kəllənin kiçildilməsi" cərrahiyyəsindən keçib və bundan sonra saçları belə nataraz şəkil alıb.

 

Kitabda deyilir ki, İvanka atasının saçını daim lağa qoyurmuş.

 

Əməkdaşları onu "ipləmə" adlandırırlar

Kitabda qeyd olunur ki, Tramp-ın əsas müşavirləri onun ağlının başında olduğuna şübhə edirlər. Maliyyə naziri Stiv Mnuçin və administrasiyanın keçmiş rəhbəri Rayns Pribus bəzi məlumatlara görə, prezident üçün "ipləmə" sözündən istifadə edirmişlər.

 

Trampın baş iqtisadçısı Qari Kon deyilənlərə görə, onu "kütbeyin", milli təhlükəsizlik müşaviri H.R. Makmaster isə "gicbəsər" adlandırır.

 

Kitabda yazılanlara görə Trampın yaxın və çox köhnə dostu, milyarder homas Barrak deyib ki, "O təkcə dəli deyil, həm də axmaqdır".

 

Cənab Barak sonradan "New York Times" müxbirinə belə bir şey dediyini danıb və bildirib ki, bu ümumiyyətlə ona yaraşan sözlər deyil.

 

Ağ Evin keçmiş müşaviri Keut Uols da dediklərini sonradan danıb. Kitabda yazıldığına görə, xanım Uols Trampla işləməyi "uşağın nazı ilə oynamağa" bənzədibmiş.

 

İvanka TrumpKitabdakı iddialardan biri də Ivanka Trump-ın bir gün ABŞ-ın birinci qadın prezidenti olmaq xəyalı ilə yaşaması barədədir

İvanka prezident olmaq istəyir

Kitabdakı iddialardan biri də Ivanka Trampın bir gün ABŞ-ın birinci qadın prezidenti olmaq xəyalı ilə yaşaması barədədir.

 

Kitabın müəllifi Wollf yazır ki, İvanka və onun əri Cared Kuşner öz aralarında indidən razılığa gəliblər: İkisindən birinin prezident olmaq imkanı yaransa, bu, İvanka olacaq.

 

Tramp çarpayıya buterbrodla girir

Kitabda qeyd olunur ki, cənab Tramp onun diş fırçasına kiminsə toxunmasını qadağan edib və viruslardan qorxduğu üçün döşəkağılarını özü dəyişir.

 

Kitabda iddia olunur ki, Tramp və arvadı ayrı-ayrı otaqlarda yatırlar. Trampın otağında iki televizor var və o, hər axşam saat yeddinin yarısında yatağına uzananda əlində burger olur.

 

Trampa Konstitusiya dərsi keçilib

Kitabda deyilir ki, Tramp kampaniyasının köməkçilərindən Sam Nunberg prezidentə Konstitusiya barədə elementar bilikləri verən dərs keçib.

 

Nunberg guya deyib ki, Konstitusiyanı öyrənəndə prezident gözlərini bərəldirmiş.

 

Ağzısöyüşlü

Kitabda yazılana görə, Tramp baş prokuror əvəzi Salli Yatesin əlindən o qədər boğaza yığılıbmış ki, onu qadın cinsi orqanı ilə adlandırırmış.

 

Tramp onun sözünə baxmayan baş prokuror əvəzini vəzifəsindən prezidentliyinin 10-cu günündə qovub.

 

9 vəkillik bürosu onun müdafiəsindən imtina edib

Ağ Evdəki mənbələrə əsaslanan müəllif yazır ki, öz tabeçiliyində olanlardan heç kəs Trampın xüsusi prokuror Müllerin Rusiya araşdırmasından salamat çıxacağına inanmır.

 

Məhz buna görə də 9 nüfuzlu hüquq firması Trampın müdafiəsindən imtina edib.

 

Huşsuzluqdan dostlarını tanımır

Cənab Volf yazır ki, yeni ildən az əvvəl özünün Mar-a-Lago villasında banket verən Tramp köhnə dostlarını yada salmaqda çətinlik çəkirmiş.

 

Kitabda həm də deyilir ki, Trampda qocalıqla bağlı huşsuzluq aşkar şəkildə özünü büruzə verir. O çox vaxt eyni misalları gətirir və 10 dəqiqənin içində bir şeyi iki dəfə təkrar edir (BBC). 

 

ABŞ prezidentini rüsvay edən kitabda nələr yazılıb?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan hökumətinin yeni üzvləri təyin edilib
    Prezident İlham Əliyevin sərəncamları ilə hökumətin yeni üzvləri təyin edilib
     24.04.2018
    Serj Sarkisyan istefa verib
    Ermənistanda etirazların 11-ci günü Baş nazir Serj Sarkisyan istefa verib.
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ