EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:25.04.2019 13:57:25

"Təbəs" möcüzəsinin ildönümü: Amerikanın İranda məğlubiyyətə uğradığı gündür.

İslamazeri.com xatırladır ki, ABŞ-ın İrana qarşı uğursuz əməliyyatının 39-cu ilidir. İranlılar isə bu günü -  "Təbəs" möcüzəsinin ildönümü: Amerikanın İranda məğlubiyyətə uğradığı gün kimi qeyd edir. Hər il 25 aprel günündə İran xalqı, Amerika ordusunun “Təbəs” səhrasında İlahi və qeybi kömək sayəsində məğlubiyyətə uğradığı günü bayram keçirirlər.

Nə baş vermişdi?

Karterin başçılığı altında ABŞ rəhbərliyi, İrana hücum əmrini verir. Bu hücum gecə yarısı və müasir silahlarla silahlanmış olan Amerikalı komandoslar tərəfindən başladılır və nəhəng C-130 təyyarələri və hərbi vertolyotlar bu əməliyyata havadan dəstək verir.

 Amerikalı xüsusi təyinatlı 90 komandos, “Qartal Pəncəsi” adlı əməliyyat çərçivəsində Tehranda məhbus olan Amerikalı casusları qurtarmalı idi. Sözügedən Amerikalı casuslar, İslam inqilabının zəfərindən sonra Tehrandakı ABŞ səfirliyində İran xalqı və İslam inqilabı əleyhinə casusluq ittihamı ilə tutulmuşdular. Özlərini “İmam Xomeyniçi" adlandıran bir qrup müsəlman gənc 4 noyabr 1979 tarixində casusluq yuvasına çevrilən Amerika səfirliyini ələ keçirərək bu casusları zərərsizləşdirirlər.

 Bu məkanda ələ keçirilən sənədlər, səfirliyin casusluq yuvası olmasına çox tutarlı sənədlər kimi dünyaya çatdırılır. ABŞ casusları qurtarmaq üçün İrana hücum edən qüvvələr, aylarla xüsusi təlimə başlayırlar. Komandoslar ABŞ-ın Arizona səhrasında və daha sonra iqlim baxımından İrana bənzəyən Misirdə dəfələrlə xilasetmə əməliyyatları manevrlərini məşq edir. Bu təlimlər və müasir təchizata güvənən komandoslar əməliyyat üçün hərəkətə keçir. Bu vaxt hətta İran daxilində olan inqilab əleyhdarı təşkilatlar da “Qartal Pəncəsi” əməliyyatında əməkdaşlıq etmək üçün hazır vəziyyətdə dururlar.

 Əvvəlcə ABŞ əsgərləri İranın Təbəs səhrasına endirəcək təyyarə və vertolyotların arasında iki vertolyot texniki qəza edir. Lakin buna baxmayaraq əməliyyat davam etdirilir. Qalan təyyarə və vertolyotlarla komandoslar Təbəs səhrasına endirilir, Tehrana tərəf yola çıxmaq üçün hazırlıqlara başlayır. 

 Təbəsdə də bir vertolyot texniki qəza edir və əməliyyatın davamına qatıla bilmir. Planlaşdırılan əməliyyat üçün ən az 6 vertolyot lazım olduğundan Amerika tərəfi əməliyyatının dayandırılmasını, təyyarələrin və vertolyotların geri dönməsini əmr edir. Karter bu hücumun məğlubiyyətlə nəticələndiyini düşünərkən İrandan gələn bir başqa xəbər onu tam bir şoka salır. Ordu geriyə qayıdan zaman Təbəs səhrasında başlayan qum fırtınası nəticəsində bir təyyarə və bir vertolyot bir-birinə çırpılmış, toqquşma nəticəsində böyük bir partlayış yaranmışdı. Alovlar Təbəs səhrasında gecəni sanki gündüzə çevirmişdi.

 Bu hadisədə 8 xüsusitəyinatlı həlak olur və sağ qalanlar böyük bir çaxnaşma içində Təbəs səhrasından qaçmaq məcburiyyətində qalır. O dövrdə bu əməliyyatı dəstəkləyən və Ağ Evdə milli təhlükəsizlik məsləhətçiliyini icra edən Berjinski, Karterin bu xəbərə reaksiyasını belə izah edir: “Karter bu xəbəri eşidincə yaralanmış bir ilan kimi yerində dura bilmirdi.” 

İranın rəhbəri Ruhullah Xomeyni və bu hadisə

Ayətullah Xomeyni bu hücum cəhdini beynəlxalq qanunların dünyanın göz önündə pzomaq adlandıraraq “Onlar Təbəsə gəldi və zənn etdilər ki, bura hərbi qüvvələrini endirə bilərlər. Guya əsirləri (casusları) qurtarmaq bəhanəsi ilə İranı yenidən ələ keçirə bilərlər. Ancaq uca Allah qum fırtınası göndərdi və onları məğlubiyyətə uğratdı.”

ABŞ nə deyir?

ABŞ bu əməliyyatın qeyri-peşakar hərbçilər, xüsusi təyinatlılar, yararsız texnika və fırtana ilə əlaqələndiriblər. 

Həlak olanlar kimlər idi, həqiqətənmi qeyri-peşakarlar əməliyyata göndərilib?

Əməliyyatda iştirak edənlərin qryi-paşakar olmaması onların hərbi rütbələrindən məlum olur.

ABŞ-ın əməliyyatda öldüyü hərçilərinin siyahısı:

Hərbi Hava Qüvvələri es 130 təyyarəsinin ekipajı:

1. Mayor Qarold Luis

2. Mayor Lin Makintoş 

3. Mayor Riçard Bakke

4. Kapitan Çarls Makmillian

5. Texniki şerjant Coel Mayo

Dəniz Quru Qoşunlarının xüsusi təyinatlıları RH53 vertolyotunun ekipajı:

6. Ştab-serjant Dyui Conson

7. Serjant Con Xarvi

8. Kapral Corcs Xolms

Əməliyyatı tənqid edən ABŞ Dövlət Departamentinin o dönəmin rəhbəri  Sayrus Roberts Vens, prezident Karterin səhvi boynuna almadığına görə, öz istəyi ilə istefa verir.


ABŞ Ordusunun İrana qarşı uğursuz əməliyyatından 39 il keçir - ƏTRAFLI, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Afaq Məsud kimdir?
     25.05.2019
    İlham Əliyevdən Musa Yaqub və Ramiz Rövşənlə bağlı - SƏRƏNCAM
    Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
     25.05.2019
    General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir
    "Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər."
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ