EURO 1,9163 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:29.01.2020 12:36:28

İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 50-yə çatıb.

İslamazeri.com Sputnik-ə istinadla xəbər verir ki, bunu Pentaqonun rəsmi təmsilçisi Tomas Kempell bildirib.

"Daha 16 hərbçiyə kəllə-beyin travması diaqnozu qoyulub. Bu günə olan məlumata görə, 50 ABŞ hərbçisi kəllə-beyin travması alıb", - deyə Kempell vurğulayıb.

Onun sözlərinə görə, xəsarət alan 50 hərbçidən 31-nə İraqda tibbi yardım edilib və onlar yenidən xidmətə qayıdıblar. 19 hərbçi isə müalicə üçün Almaniyaya evakuasiya edilib. Bəzi KİV hərbçilərdən bir neçəsinin sağlamlığını itirərək əlil olduğunu da yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın bazalara zərbələri nəticəsində zərərçəkən olmayıb. Daha sonra o, kontuziyanın olmasını etiraf etmişdi.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. Ayətullah Seyid Əli Xamenei və İran Prezidenti Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 50 hərbçinin xəsarət aldığını bildirir.


ABŞ Ordusu: İranın hücumlarında yaralananların sayı 50 oldu, əlillər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Shafaqna Azərbaycanca” fəaliyyətə başladı - MÜSAHİBƏ
    Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi, Alulbayt Gürcüstanın rəhbəri Hacı Faiq Nəbiyevlə müsahibə...
     10.07.2020
    Rusiyada ildırım daha bir kilsəni yandırdı -Yanma anının videosu
    Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.
     10.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ