EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:18.04.2020 10:18:09

Neft qiymətlərinin COVID-19 pandemiyası başladıqdan bəri kəskin ucuzlaşması enerji şirkətlərinə böyük zərbə endirib

İslamazeri.com Voanews-a istinadən xəbər verir ki, Chevron Korporasiyası müştərək şirkətlərinin cümə günü Azəri-Çıraq-Günəşli neft yataqlarındakı və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycana aid hissəsindəki maraqlarını satdığını elan edib. Korporasiya bu maraqları MOL Macarıstan Neft və Qaz PLC şirkətinə $1.57 milyard dollara satıb.

Chevron.com saytının yaydığı məlumata əsasən Chevron Global Ventures Ltd. AÇG yataqlarındakı maraqlarının 9.57%-ni satıb ki, bu da 2019-cu ildə gündəlik 20,000 barel neft hasilatı təşkil edir. Öz növbəsində Chevron BTC Pipeline Ltd. BTC layhəsindəki 8.9% maraqlarını satlıb.

"Chevron mütəmadi olaraq vəsaitlərin strateji və rəqabətcilliyini təmin etmək üçün qlobal portfoliosunu nəzərdən keçirir," deyə Cey Conson, şirkətin icraçı vitse-prezidenti elan edib. “Bu satış bizim divestisiya proqramımızın mühüm hissəsidir. Hədəf 2018-2020-ci illər arasında $5-10 milyard dollar həcmində vergidən əvvəlki mədaxildir.”

Chevron ABŞ-ın Kaliforniya ştatının San Ramon şəhərində qərargahlanır.

Neft qiymətlərinin COVID-19 pandemiyası başladıqdan bəri kəskin ucuzlaşması enerji şirkətlərinə böyük zərbə endirib. Qlobal təlabatın azalması nəticəsində ötən illə müqayisədə neft qiymətləri ən azı ikiqat ucuzlaşaraq enerji şirkətlərinin gəlirlərini xeyli azaldıb.

Əsasən Qərb şirkətləri Ilə bağlanmış müqavilələr əsasında hasil olunan neftin satışı Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli kəsimini təşkil edir.


ABŞ neft şirkəti Azərbaycandakı maraqlarını satdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020
    ABŞ-da qaradərilinin öldürülməsi etirazları alovlandırdı - VİDEO
    Şəhərdə bir polis bölməsi də daxil olmaqla bir neçə bina yandırılıb.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ