EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:21.04.2017 18:05:04

ABŞ müdafiə naziri Mattis İsrail təmasları əsnasında verdiyi açıqlamada Suriyanın əlində hələ də kimyəvi silah olduğunu iddia edib.

İslamazeri.com "Sputnik"-ə istinadən xəbər verir ki, Misirdəki təmaslarını tamamlayaraq Yaxın Şərq turu çərçivəsində İsrail gələn ABŞ müdafiə naziri Ceyms Mattis həmkarı Aviqdor Libermanla görüşüb. Mattis və Liberman Təl-Əvivdəki İsrail Müdafiə Nazirliyindəki görüşdən sonra birgə mətbuat konfransı keçirib. Gündəmdə Suriyanın İdlib şəhərində həyata keçirildiyi iddia edilən kimyəvi silah hücumu iddiası var idi.

"Beynəlxalq cəmiyyət Suriyanın kimyəvi silahlarını tamamilə ləğv etdiyinə dair razılaşma və açıqlamalarında pozuntu etdiyinə dair şübhə etmir",- deyən Mattis kəşfiyyat mənbələrini açıqlamamaq üçün, Suriyanın malik olduğunu iddia etdiyi kimyəvi silahların miqdarına dair detal deməkdən çəkinib.

 

"SURİYA HAVA GÜCÜNÜ FƏRQLİ NÖQTƏLƏRƏ DAĞIDIB

 

"Rəsmi şəkildə deyə bilərəm ki, əllərində tutduqları bir miqdar (kimyəvi silah) var. Bu da BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozuntusudur və bununla diplomatik yollardan məşğul olunacaq. Yenidən kimyəvi istifadə etmələri ağılsızlıq olar, hücumumuzla bunu bəlli etdik",- deyən Mattis, Suriyanın hava gücünün müxtəlif məntəqələrə paylandığını da iddia edib.

Mattisin bu iddiası Suriyanın ABŞ-ın oxşar bir hücum təşkil edəcəyi narahatlığı duyduğu şərhlərinin edilməsinə səbəb oldu.


ABŞ müdafiə naziri: Suriyada kimyəvi silah ola bilər - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - VİDEO
    Davaya səbəb kimi Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması göstərilir.
     20.09.2017
    Azərbaycanda bal yarmarkası keçiriləcək
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ