EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:08.11.2018 16:42:53

ABŞ BKR raketinin sınağını keçirib.

İslamazeri.com-un “FoxNews”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “Minuteman III” ballistik kontinentlərarası raketinin (BKR) növbəti sınağını keçirib.

Məlumata görə, növbəti buraxılış çərşənbə axşamı günü Kaliforniya ştatının cənubundakı Vandenberq bazasından həyata keçirilib. Raket döyüş başlığı ilə təchiz edilməmişdi. Buraxılış uğurlu olub. BKR təyin edilmiş hədəfə dəyib. Sınaqla bağlı daha ətraflı məlumat təqdim edilməyib.

Xatırladaq ki, bu il sözügedən raketin ilk uğurlu sınağı aprel ayında baş tutub. Avqust ayının əvvəlində isə ABŞ hərbçiləri müəyyən səbəblərə görə Vandenberq bazasından baş tutmalı olan buraxılışı təxirə salıblar.

“Minuteman” adlı 3-pilləli BKR-lər əvvəl-əvvəl soyuq müharibə zamanı SSRİ-nin nüvə qarşısının alınması üçün nəzərdə tutulmuşdu.

Hazırda “Minuteman III” ABŞ ordusundakı yeganə yerüstü BKR-dir. Son məlumatlara görə, ABŞ 450 belə raketi var.

“Minuteman III” 1970-ci ildən ABŞ ordusunun silahlanmasında var. 1978-ci ildə isə onların istehsalı dayandırılıb. Raket 12 min km radiusdakı hədəfləri vura bilər.


ABŞ “Minuteman III” ballistik raketini sınadı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kolumbiyadan Azərbaycana turist axını artır
    Azərbaycanın təklif etdiyi yeni Boqota-İstanbul-Bakı-Tbilisi turist marşrutu Kolumbiya turizm şirkətlərinin marağını cəlb edib.
     23.03.2019
    Bakı Tiflis və İrəvanı bu sahədə də geridə qoydu
    Bu sözləri millət vəkili Tahir Mirkişili qeyd edib.
     23.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ