1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.04.2017 17:30:17

Demokrat senator Trampı keçmişin xətalarını təkralamamağa səsləyib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, mühüm ABŞ senatoru Dayan Faynstayn ölkə başçısının işgəncə təcrübəsinə verdiyi dəstəyi “qeyri-insani davranış” adlandırıb.

Kaliforniya ştatından olan demokrat senator bildirib ki, Trampın düşüncəsinin əksinə olaraq, istintaq zamanı işgəncələrin verilməsi daha effektiv deyil.

O qeyd edib ki, ABŞ işgəncələrlə bağlı səhv təcrübəni, və ya digər adı ilə desək “qərəzkarlıqla dindirməni” təkrarlamamalıdır.

Senatorun fikirləri, ABŞ Prezidenti Donald Trampın terrorçuluqda şübhəli bilinən şəxslərin sorğu-sualı zamanı işgəncə üsulundan istifadənin qaytarılmasının zəruriliyini qeyd etdiyi bir şəraitdə səslənib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına əsasən, ABŞ xüsusi xidmət orqanlarının zabitləri Əfqanıstan və İraq müharibələrinin başlanğıcında istintaq zamanı tez-tez suda boğma kimi işgəncə metodlarına əl atırdılar.


ABŞ-lı senator Trampı qeyri-insani davranışda ittiham edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İstanbulun fəthi - Şərqi Roma İmperiyasının süqutu
    Bu fəthdən sonra 21 yaşlı 7-ci Osmanlı Sultanı II Mehmet Fatih ünvanını alaraq Fatih Sultan Mehmet adlandırıldı.
     29.05.2017
    Almaniya:
    Almaniya kanslerinin sözləri ABŞ-la ixtilaflarının üstünü açıb
     29.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ