EURO 1,9856 NEFT 48,69
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.07.2017 16:34:16

ABŞ Prezidentinin yardımçısının müavini KİV-lər haqda danışıb.

İslamazeri.com-un “Fox News” telekanalına istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidentinin yardımçısının müavini Sebastyan Qorka bildirib ki, Donald Trampın “pitbulu” olmağa və amerikalı liderin Rusiya ilə əlaqələri haqda "saxta materiallar dərc edən KİV-lərə" qarşı müqavimət göstərməyə hazırdır.

Qorkadan “Hansı səbəbdən KİV-lərə cavab vermək qərarına gəldiniz?” sualı soruşulduqda o cavab verib: “Əvvəl-axır kimsə KİV-ə qarşı mübarizə aparmalıdır. Kimsə prezidentin “pitbulu” omalıdır. Mən isə bunu etməyə hazıram. Mən onlara (KİV-lərə) cavab verməyə hazırlaşıram.”

O qeyd edib ki, CNN və MSNBC telekanallarının etibarı “tüstü kimi aradan gedib” və onlar tamaşaçıların inamı böhranı ilə üzləşiblər.

“Onlar 9 ay ərzində bu “xəyali əlaqələr” ilə məşğul idilər və (Donald Trampın seçki qabağı kompaniyasının) qeyri-qanuni fəaliyyətini sübut edən bir dənə də olsun dəlil göstərməyiblər... Onlar iflasa uğrayırlar. Kimsə onları yuxudan oyatmalıdır. Mən bu işdə yardımçı olmağa hazıram.”, - deyə o əlavə edib.

Xatırladaq ki, Tramp  hələ seçki öncəsi kampaniyası zamanı KİV-lərə “müharibə” elan etmişdi. Onun sözlərinə görə, KİV-ləri əksəriyyəti saxtakarlıqla məşğuldur. Çox sayda KİV seçkilər zamanı Trampın rəqibi olmuş Hillari Klintonu dəstəkləyirdi və onları Ağ Evin hazırkı administrasiyasını tənqid etməyə davam edirlər. Tramp müntəzəm olaraq sosial şəbəkələr vasitəsi ilə bu cür KİV-ləri “atəşə tutur”.


ABŞ-lı məmur: Trampın iti olmağa hazıram!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ordusu İraq sərhədi üzərində nəzarəti geri qaytarır
    Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Suriya ordusunun uğurları barədə məlumat verib.
     24.07.2017
    İsrail: Müsəlmanlar arasında müharibə ən böyük strategiyadır ki...
    İsrailin silahlı qüvvələrinin başçısı müsəlmanarın daxili savaşlarından söz açıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ