EURO 1,8782 TRY 0,2865
USD 1,7 RUB 0,0275
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:24.05.2019 18:53:41

ABŞ-lı alimlər üzdəki tüklə bağlı maraqlı faktı ortaya çıxarıblar.

İslamazeri.com-un “Medicalxpress”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-dan olan alimlər bığların mövcudluğu və alt dodaq xərçənginin inkişafı riskinin azalması arasında əlaqədarlıq aşkar ediblər.

Kanzas Universitetinin mütəxəssisləri, xərçəng öncəsi diaqnozu qoyulmuş 200 kişini müayinə ediblər. Sözügedən vəziyyət aktinik keratoz kimi məşhurdur. Bu diaqnoz aşkar edilmiş insanların dərisində axçalı ləkə olur və o, dəri xərçənginə çevrilə bilər.

Alimlər müəyyən ediblər ki, uzun müddət qalınlığı ən azı 9 mm olan bığ saxlamış kişilərdə onkologiyanın inkişafı riski, analizin digər iştirakçılarından 16 dəfə az olub. Üstəlik alimlər ilkin olaraq, tütündən istifadə və ya yaş göstəriciləri kimi əlavə risk faktorlarını da nəzərə alıblar.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, üzündə tük olmayan kişilər gündən qoruma kremlərindən istifadə edərək onkoloji xəstəliyin yaranması riskini azalda bilərlər.


ABŞ-lı alimlər: Üzdə tük xərçəng riskini 16 dəfə azaldır! - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov yeni rəis müavini təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
     24.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ