EURO 2,0827 NEFT 69,06
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:02.11.2017 22:15:09

Hesabatda iddianın sahibi olan Filip Sitroen və özünü Hitler kimi tanıdan şəxsin fotoları da yer alır. Fotoşəkillərin 1955-də çəkildiyi qeydi də var.

İslamazeri.com Dünya mediasına istinadən xəbər verir ki, MKİ-nin (CIA) açıqlanan yeni sənədlərində amerikalı kəşfiyyatçıların, Hitlerin Almaniyadan ayrılıb Cənubi Amerikaya yerləşdiyi və orada uzun illər yaşadığı iddialarını araşdırdığı ortaya çıxıb.

Sənədlərdə nasist əsgərlərdən Filip Sitroen MKİ agentlərinə Kolumbiyada özünü Hitler kimi tanıdan bir şəxslə görüşdüyünü deyir. Başqa bir sənəddə "Bu şəxs (Filip Sitroen) Nasist Almaniyasından qaçanların sığındığı Tunca bölgəsində Koloniyal Rezidansı deyə bir yerdə Hitlerlə görüşdüyün bildirir." deyilir.

Hesabatda iddianın sahibi olan Filip Sitroen və özünü Hitler kimi tanıdan şəxsin fotoları da yer alır. Fotoşəkillərin 1955-də çəkildiyi qeydi də var.

Bir il sonra Simelodi (Cimelody) ləqəbli başqa bir nasist hərbçisi MKİ agentlərinə Hitlerin 1955-ci ildə Kolumbiyadan ayrılaraq Argentinaya yerləşdiyini irəli sürür.

Simelodi də MKİ-yə özünün Hitler olduğunu qeyd edən adamın arxasında Adolf Şatlemayer (Schuttlemayer) yazılı bir fotonu verir.

Sənəddə bu ifadə keçir: "Simelodi ləqəbli şəxs sentyabr 1955 tarixində tanıdığı Filip Sitroenə Hitlerin hələ də həyatda olduğunu deyib".

Hitlerin özünü vuraraq intihar etməsinə baxmayaraq, Cənubi Amerikaya qaçdığı şayiələri bəzən gündəmə gəlmişdi. MKİ sənədlərində Amerika kəşfiyyatının bu şayiələri ciddiyə aldığı və Cənubi Amerikada Hitleri axtardığını göstərir.


ABŞ kəşfiyyatı uzun müddət Cənubi Amerikada Hitleri axtarıb - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb
    Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək
     17.01.2018
    Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
    Onlar 7 kater və 4 qayıqda olublar
     17.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ