1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:16.02.2017 10:11:12

MKİ-nin 1986-ci ildə Suriya haqqında yazdığı hesabat 2011-ci ildə başlayan "üsyan" və sonrası ilə əlaqədar da işarə verir. MKİ Suriyada "iş dünyası ilə əlaqəli ziyalıların nəzarətindəki bir sünni rejimin" onlara sərf edəcəyini qeyd edir...

2011-ci ildə Suriyada başlayan "rejim dəyişdirmə" əməliyyatında ABŞ-ın oynadığı rolun hamısını öyrənmək hələ ki, mümkün olmayıb.

Ancaq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ; Central Intelligence Agency - CIA) ötən həftələrdə yayımladığı sənədlərin içərisində yer alan bir hesabat Amerika kəşfiyyatının 1980-ci illərdə Suriya üçün nəzərdə tutduğu ssenarilərlə bu gün arasında əlaqə yaratmağımızı təmin edir.

İyul 1986-ci il tarixli və "Suriya: Dramatik Siyasi Dəyişiklik Ssenariləri" başlıqlı memorandum MKİ tərəfindən yalnız Ronald Reyqan administrasiyasının yüksək səviyyəli rəsmilərinin oxuması üçün hazırlanıbmış.

Hesabat əsasən, Hafiz Əsədin devrilməsinə və ya digər dramatik dəyişikliklərə yol açacaq mümkün ssenariləri qiymətləndirir.

 

1986-ci İLİN ƏHƏMİYYƏTİ

 

Hesabatın məzmununa keçməzdən əvvəl, 1986-ci ilin Suriya və region baxımından həlledici il olduğunu xatırlatmaq lazımdır.

1986-cı il Suriyada Hafiz Əsəd rəhbərliyinin bir daha beynəlxalq təcrid və təzyiq altına alındığı, həmçinin daxildə də müxtəlif terror hücumlarının baş verdiyi bir il kimi tarixə keçib.

"Hindavi hadisəsi" kimi tanınan və bir təyyarənin Suriya kəşfiyyatı tərəfindən bombalanması ilə nəticələnəcək ssenari Suriyanı çox çətin vəziyyətdə qoymuşdu. Bunun Suriyanı çətinə salmaq üçün Mossad (İsrailin kəşfiyyat xidməti - red) tərəfindən planlaşdırılmış bir sui-qəsd olduğu irəli sürülsə də, ox yaydan çıxmışdı.

Həmin ilin mart və aprel aylarında Suriyanın 5 şəhəri bombalı hücumlarla sarsılmış, hadisələrdə 200-dən çox mülki vətəndaş həyatını itirmişdi.

1985-ci ilin sonunda ABŞ Milli Təhlükəsizlik Şurasından polkovnik Oliver Nors, Şimon Perez və terrorla mübarizə mütəxəssisi Amiram Nirin görüşünün Suriyada baş verən terror hadisələrinin tətiyini çəkdiyi iddiası da o illərdən bu yana dilə gətirilir.

 

SURİYADA MƏZHƏB MÜHARİBƏSİ

 

Hesabat 1979-1982-ci illər arasında davam edən "Müsəlman Qardaşlar" üsyanını "Sünni üsyanı" kimi qiymətləndirir.

1986-cı ildən etibarən ikinci bir "Sünni meydan oxumasını" mümkün görən MKİ bununla yanaşı kiçik aksiyalara ediləcək sərt hökumət müdaxiləsinin genişmiqyaslı bir narahatlığa təkan verəcəyini deyir.

"Bir çox nümunədə rejimin sünni müxalifət hərəkatına yatıracaq qaynaqları var" - deyən MKİ, bununla birlikdə genişmiqyaslı bir zorakılığın ordudakı sünni zabitləri qaçmağa, ya da üsyan etməyə məcbur edərək vəziyyəti daxili müharibəyə hazırlaya biləcəyini qeyd edir.

Hesabat sünnilərin ordunun 60 %-ini təşkil etməsinə baxmayaraq, əsasən aşağı rütbələrdə olduqlarını iddia edərkən, ələvilər ilə sünnilər arasında zorakılığın yenidən ortaya çıxması vəziyyətində ordu içindəki sünnilərin hökumətə qarşı çıxacağını ehtimal edir.

 

REJİM DƏYİŞİKLİYİNDƏ "MÜSƏLMAN QARDAŞLAR"IN ROLU

 

MKİ hesabatında mümkün bir rejim dəyişikliyində "Müsəlman Qardaşlar"a xüsusi bir rol verilir.

Hesabat "Müsəlman Qardaşlar" liderliyində bir rejim dəyişikliyini "uzanmüddətli bir ssenari" kimi qiymətləndirməsinə baxmayaraq, Baas hakimiyyətinin devrilməsi üçün hazırlanan 3 ssenaridən biri hələ də "Müsəlman Qardaşlar" üsyanıdır (digər ikisi Əsədin xələfləri arasında hakimiyyət mübarizəsi və hərbçilərin qiyam etmə ehtimalı).

1982-ci ildə "Müsəlman Qardaşlar"ın silahlı müxalifətinin böyük miqdarda əzildiyini deyən MKİ, yenə də başqa bir sünni müxalifət hərəkatı üçün hələ də potensial olduğunu düşünür.

"Müsəlman Qardaşlar"ın 1979-1982-ci illər arasındakı rolunun "qismən başqa mütəşəkkil qrupların muxalifət fəaliyyətini saxlamaq və idarə etmək" olduğunu bildirən MKİ bu qrupların hələ də var olduğunu, münasib bir liderliklə birlikdə genişmiqyaslı bir hərəkatda bir araya gətirilə biləcəyini qeyd edir.

MKİ bu qrupların liderliyi və yeni bir Sünni muxalifət hərəkatı üçün "Müsəlman Qardaşlar"ın silahlı hissəsini təşkil edən gənc peşəkarlar və "Qardaşlıq"dan qalanları düşünür.

Hesabatda Əsədin "Müsəlman Qardaşlar"ı əzməsinə baxmayaraq, "sünni müxalifət"in az-az da olsa dərinlərdə yer aldığı bildirilir və hökumətin kiçik hərəkətləri, səhvən "Müsəlman Qardaşlar üsyankarlığı" kimi dəyərləndirib onlara sərt müdaxilə edəcəyi təqdirdə bir məzhəb müharibəsinin başlayacağı iddia edilir.

MKİ kiçik etirazlara sərt müdaxilənin sünnilər tərəfindən hökumətin "bütün sünnilərə qarşı olması" şəklində oxuna biləcəyini müdafiə edir.

1983-cü ildə İraqdan istifadə edərək Suriyaya gizli hücumlar və yardımlar edilməsini təklif edən gizli MKİ hesabatı ilə oxşar şəkildə mümkün bir daxili müharibə vəziyyətində sünni müxalifətin İraqdan yardım ala biləcəyi də irəli sürülür.

 

QƏRBİN MARAQLARINA UYĞUN BİR SÜNNİ REJİMİ

 

Hesabat əsasən Əsəd hakimiyyətini dağıda biləcək ehtimallar üzərində cəmləşməsinə baxmayaraq, hansı ssenarinin ən "işə yararlı" olduğuna dair də bir qənaət bildirir.

Hesabatın müqəddimə hissəsinin sonunda, "arzuedilən nəticələr" siyahısında, ABŞ üçün arzuedilən nəticələrdən biri də "sünni rejimi" olduğu deyilir.

MKİ-yə görə, biznesyönümlü ziyalıların nəzarət etdiyi bir sünni rejimi ABŞ-ın maraqlarına daha çox xidmət edəcək idarəetmə formasıdır.

İş dünyası ziyalılarının Qərbin köməyinə və Suriyanın özəl iqtisadiyyatını inşa etmək üçün investisiyaya güclü bir ehtiyac duyacağını qeyd edən MKİ, bunun Qərb hökumətlərilə daha güclü əlaqələrə qapı açacağını düşünür.

 

DƏMƏŞQDƏ İSLAM DÖVLƏTİ

 

MKİ hesabatında maraqlı olan bir dəyərləndirmə isə, bu gün nümunəsini gördüyümüz Əsəd hakimiyyətinin devrilməsi halında ortaya çıxa biləcək bir dini dövlət ehtimalıdır.

MKİ Baas dövlət quruluşunun dağılması vəziyyətində, "dini fanatiklərin bir İslam Respublikası elan edə biləcəyi" xəbərdarlığını da edir.

 

Mənbə: Türkiyənin "Sol" qəzeti.
Tərcümə İslamazeri.az saytına məxsusdur...


ABŞ kəşfiyyatı Suriya müharibəsini 30 il əvvəldən planlayıb - GENİŞ ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ