1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:11.01.2017 15:41:43

İŞİD-in Böyük britaniyalı üzvü ABŞ-ın sanksiyalar siyahısına daxil edildi.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ Böyük Britaniya vətəndaşı Aleksanda Emon Kotini sanksiyalar siyahısına daxil edilib. Adıçəkilən şəxs İŞİD terror təşkilatının keçirdiyi edamlarda iştirak edib. Bu haqda məlumatı ABŞ Dövlət Departamenti verib.

Dövlət Departamenti qeyd edib ki, “Koti Böyük Britaniya vətəndaşıdır. Edamlar törədən  briqadanın 4 üzvündən biridir”. O “Bitlz” şərti adı ilə dəstənin tərkibindən olub. Həmin dəstəyə “Cihadi Con” (əsdl adı: Muhəmməd Əmvazi - red.) da daxil idi. Qeyd edək ki, “Cihadi Con” da öz “həmkarı” kimi Birləşmiş Krallıq vətəndaşıdır. O, 2015-ci ilin sonunda ABŞ PUA-sının Suriyada endirdiyi zərbə nəticəsində məhv edilib.

ABŞ-ın ehtimalına əsasən, Koti edamlarda iştirak edib və xarici ölkə vətəndaşlarının əsirlikdə saxlanılması və öldürülməsinə də görə məsuliyyət daşıyır. Koti təşkilat sıralarına yeni üzvlərin cəlb edilməsi ilə də məşğul olurdu.

ABŞ həmçinin 2015-ci ildən bəri İndoneziyada fəaliyyət göstərən və İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə beyət etmiş “Cəməə Ənşərut Dəulə” terror təşkilatını da sanksiyalar siyahısına daxil edib.


ABŞ İŞİD cəlladını sanksiyalar siyahısına daxil edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İstanbulun fəthi - Şərqi Roma İmperiyasının süqutu
    Bu fəthdən sonra 21 yaşlı 7-ci Osmanlı Sultanı II Mehmet Fatih ünvanını alaraq Fatih Sultan Mehmet adlandırıldı.
     29.05.2017
    Almaniya:
    Almaniya kanslerinin sözləri ABŞ-la ixtilaflarının üstünü açıb
     29.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ