1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.06.2017 17:47:29

ABŞ qoşunları İŞİD terror təşkilatı bəhanəsi ilə Mindanao əyalətinə bağlı Maravidədir.

İslamazeri.com xəbər verir ki, Filippində İŞİD terror təşkilatı ilə əlaqəli "Maute" təşkilatının mühasirəsi altındakı Mindanao əyalətinin Maravi şəhəri yaxınlığında ABŞ qoşunlarının gözlədiyi bildirilib.

"New York Times"da yer alan xəbərə görə, Filippin Ordusunun mətbuat katibi, general-mayor Restituto Padilla keçirdiyi mətbuat konfransında, hərbi vəziyyət elan edilən Mindanaonun Maravi şəhəri yaxınlığındakı ABŞ personalının Filipin əsgərlərinə məlumat verdiyini, ancaq tam sayları və xüsusi missiyaları haqqında məlumatı olmadığını bildirib.

Padilla özlərini müdafiə etmələri üçün tüfəng daşımalarına icazə verilən, ancaq qarşıdurmaya girmələrinə icazə verilməyən Amerikan əsgərlərinin yalnız dəstək verdiyini ifadə edib.

General-mayor Padilla ABŞ qoşunlarının şəhərə yaxınlıqlarına dair məlumat verməyib.

Toqquşmalarda 89 nəfər həyatını itirib

Maravidəki toqquşmalarda indiyə qədər 29-u mülki olmaqla 89 nəfər həyatını itirib, 191 silahlı öldürülüb.

Filippin ordusu 23 mayda Maravidə ABŞ-ın başına 5 milyon dollar mükafat qoyduğu İsnilon Hapilona əməliyyat keçirmiş, gedən döyüşlərdə İŞİD terror təşkilatı ilə əlaqəli "Maute" təşkilatı silahlıları Maravini mühasirəyə almışdı.

Ordu 31 mayda Maravinin 90 %-də nəzarəti təmin etdiyini bildirmişdi.

Ölkədə adam qaçırmaq və bombalı hücum əməliyyatları təşkil edən "Maute" təşkilatı Abdullah Maute və qardaşı Ömər tərəfindən 2012-də qurulmuşdu. "Maute" aprel 2015-də İŞİD-ə sadiqliyini elan etmişdi.


ABŞ İŞİD bəhanəsilə Filippindədir - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı qərar verdi
    Məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
     17.08.2017
    KİV: Telman İsmayılovun ən bahalı hoteli bağlanacaq
    “Hotel işləyir. Müəyyən problemlərimiz var, bəzi işçilərimizlə vidalaşmalı olmuşuq. Lakin hazırda burada 670 əməkdaş çalışır. Biz bağlanmayacağıq”.
     17.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ