EURO 1,9856 NEFT 48,55
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:17.02.2017 12:28:37

"Bu ittifaq dolayısı ilə Rusiyanı da təhdid edəcək..."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ Yaxın Şərqdə İrana qarşı yönəlmiş, dolayısı ilə Rusiyanı da təhdid edəcək NATO-nun analoqunu yarada bilər. Bu cür fikri hərbi politoloq, Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin  Politologiya və Sosiologiya kafedrasının dosenti podpolkovnik Aleksandr Perenciyev səsləndirib.

Xatırladaq ki, “Wall Street Journal” qəzeti bir sıra Yaxın Şərq dövlətlərinin hakimiyyət dairələrindəki mənbələrə istinadən bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası ərəb müttəfiqləri ilə hərbi alyansın yaradılmasına dair danışıqlar aparır. Həmin alyans İrana qarşı olacaq və İsraili kəşfiyyat məlumatları ilə təmin edəcək. Məlumata əsasən, koalisiyanın tərkibinə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, İordaniya və ərəb dünyasının digər dövlətləri də daxil ola bilərlər.

Qeyd olunub ki, alyans NATO sisteminin komponentinə sahib olacaq,  yəni qarşılıqlı müdafiə prinsipi ilə hərəkət edəcək: ittifaq üzvlərindən birinə qarşı ediləcək hücum, ümumilikdə koalisiyaya edilən hücum kimi dəyərləndiriləcək.

ABŞ Yaxın Şərqdə İran İslam Respublikasına qarşı yönəlmiş, dolayısı ilə Rusiyanı da təhdid edəcək Şimali Atlantika Alyansının (NATO - red.) analoqunu yarada bilər, çünki İran beynəlxalq terrorçuluqla mübarizədə bizim müttəfiqimizdir.”, - deyə Perenciyev bildirib.

O, hesab edir ki, ABŞ Prezidenti Donald Trampın İran istiqamətində atdığı addımları güman edilən olub.

Hesab edək ki, hazırda Trampı Avropa NATO-su artıq maraqlandırmır və o Anti-İran Yaxın Şərq Alyansını yaratmaq istəyir. O, maraqlarını əks etdirdiyi (təmsil etdiyi) dairənin sifarişini yerinə yetirir. Seçkilərə gedərkən, o, öz anti-İran mövqeyini və bu ölkəyə qarşı vuruşmağa hazır olduğunu gizlətmirdi. Yeri gəlmişkən deyim ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama isə İran İslam Respublikası ilə açıq müharibənin əleyhdarları olan elitanın (təbəqənin) “adamı” (əlaltısı) olub.”, - deyə o hesab edir.

Onun sözlərinə görə, “Yaxın Şərq NATO-su”nu sevindirici (ümidverici) adlandırmaq olmaz. “İrana nisbətdə təcavüzkar hədəfləri olan koalisiyanın yaradılmasını gözləmək olar. Və söhbət hər hansısa gizli əməliyyatların keçirilməsindən yox, əksinə tammiqyaslı hərbi əməliyyatın keçirilməsindən gedə bilər. Üstəlik, amerikalılar, görünür ki, əməliyyatı yad “əllərin” vasitəsilə həyata keçirmək istəyir.”, - deyə Perenciyev aydınlıq gətirib.

O, qeyd edib ki, İran beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın müttəfiqidir və “Şanxay Əməkdaşlıq Təşkilatının” (ŞƏT) üzvüdür.

Buna görə də Rusiya və Çin bu dövləti (İranı – red.) dəstəkləməlidir, ABŞ və onun müttəfiqlərinin İraq və Liviyada törətdiyi hərbi aqressiyadan sonra olduğu kimi, İranın da mərkəzi hakimiyyət tərəfindən idarə olunmayan əraziyə çevrilməsinə imkan verməməlidir.”, - deyə o hesab edir.

ABŞ siyasətində heç bir yenilik baş vermir. Anti-İran koalisiyasını yaradaraq, ABŞ əvvəlki tək beynəlxalq terrorçuluğun dəyirmanına su tökəcək. Əgər Tramp üçün İranla mübarizə, terrorçuluqla mübarizədən daha mühümdürsə, deməli, onun siyasi xətti sələflərindən demək olar ki, fərqlənməyəcək.”, - deyə o, əlavə edib.

Tərcümə İslamAzeri.az saytına məxsusdur.


ABŞ İrana qarşı ərəb NATO-su yaradır? - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb
    Yaxın vaxtlarda şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
     24.07.2017
    Türkiyə Baş nazirindən Məscidül-Əqsa açıqlaması
    Binali Yıldırım "Twitter"də etdiyi açıqlamada, "İsrail rəhbərliyinin səhvdən qayıtmasını gözləyirik",- deyib.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ