EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.02.2020 12:04:37

O, bu iddiaları ABŞ-ın İrana qarşı yalan yaymaq kampaniyasının davamı adlandırıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi dünən gecə ABŞ rəsmilərinin İrandan Yəmənə silah göndərilməsi barədəki iddialarını rədd edib. O, bu iddiaları ABŞ-ın İrana qarşı yalan yaymaq kampaniyasının davamı adlandırıb.

Məcid Təxte Rəvançi ABŞ rəsmilərinin Yəmənə göndərilmiş silahların saxlanılması və onların İran İslam Respublikası ilə bağlı olmasına dair iddialarına cavab olaraq, tvitter-də yazıb: "Amerikanın İrana qarşı yalan yaymaq kampaniyası davam edir. Yəmənə göndərilmiş silahların saxlanılması barədəki iddialar bir yana qalsın, Birləşmiş Ştatlar BMT-nin hesabatından sui-istifadə edir və bununla demək istəyir ki, İran Ərəbistanın neft təsisatlarına hücumda məsuliyyət daşıyır. Əslində bu hesabatda İranın məsuliyyət daşımasına əsla işarə olunmayıb".

BMT-nin Yəmən məsələləri üzrə ekspertlər komitəsinin məlumatı çərşənbə günü yayılıb. Onda bir sıra mövzulara, o sıradan Yəmənə silahın göndərilməsinə, Ərəbistanın neft təsisatlarına hücuma və Yəmənlə bağlı digər məsələlərə işarə edilib, amma  əsla İranın adı çəkilməyib.

Ərəbistanın əsassız ittihamları, təcavüzkar səud koalisiyasının Yəmənin ordusu və xalq komitələri qüvvələri qarşısındakı məğlubiyyətlərini ört-basdır etmək üçün irəli sürülür.

ABŞ Ərəbistan dənizində keçirdiyi əməliyyat zamanı İrandan Yəməndəki Husi döyüşçülərinə göndərildiyi iddia edilən yüzlərlə raket, silah və döyüş sursatını ələ keçirdiyini açıqlamışdı.


ABŞ-ın Yəmənə göndərilən silahlarla bağlı açıqlaması İran tərəfindən yalanlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İllər sonra; BƏƏ-nin vəliəhd şahzadəsi Bəşər Əsədə zəng etdi
    Əsəd BƏƏ-nin Vəliəhd şahzadəsi Əl-Nəhyan telefonla danışıb
     28.03.2020
    Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ