EURO 1,8398 TRY 0,251
USD 1,7 RUB 0,0224
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:12.03.2020 10:09:52

ABŞ Ordusunun İraqdakı hərbi bazaları ara-sıra hücumlara məruz qalır

İslamazeri.com xəbər verir ki, Bağdadın şimalındakı Taci şəhəri yaxınlığındakı ABŞ hərbi bazasına dünən axşam saatlarında raket hücumu həyata keçirilib. 

Reuters agentliyinə adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bazaya 15 kiçik mənzilli raketlərin atıldığını, ən azı 10 nəfərin hücum zamanı yaralandığını bildirib.

Rusiyaya bağlı RT isə hücum zamanı 2 amerikalı hərbçinin, 1 ingilis mülki işçinin öldüyünü, 12 nəfərin yaralandığını yazıb. 

ABŞ rəhbərliyindəki koalisiyanın sözcüsü mayor Myles Caggins tvitterdə verdiyi açıqlamada hücumun dünən yerli vaxtla 19:35-də həyata keçirildiyini, bazaya 15 raket atıldığını etiraf edib. Eyni koalisiyanın rəsmi sənədində isə 18 katyuşa raketinin bazaya atıldığı qeyd edilir.

İraq tərəfi hücum zamanı ölənlərin olmadığını bildirərək bazaya 10 katyuşa zərbəsi endirildiyini önə çəkib.

Qeyd edək ki, ABŞ-ın İraqda keçirdiyi əməliyyat zamanı İranın Qüds gücü komandanı General Süleymaniyə sui-qəsddən sonra ABŞ-ın Ayn Al Asad bazası yerlə yeksan edilmişdi. ABŞ tərəfi ölən və yaralananların olmadığını bildirsədə, yaralıların sayının 100-dən çox olduğunu daha sonra açıqlamışdı. İran tərəfi isə ABŞ-ı hücum zamanı hərbçi tələfatını ört-basdır etdiyini bildirir.


ABŞ-ın İraqdakı hərbi bazasına 18 raket atıldı: Ölən və yaralananlar var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan Conson reanimasiya şöbəsinə yerləşdirildi
    Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.
     07.04.2020
    Nyu-York: Koronavirusa görə ölənləri parkda dəfn edəcəklər
    Nyu-Yorkun qanunvericilik orqanının nüfuzlu üzvü Mark Levin bildirib ki, koronavirus qurbanlarını müvəqqəti olaraq şəhər parklarında dəfn etmək lazım gələcək.
     07.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ