1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.12.2017 11:15:07

“ABŞ dünyanın hər yerində düşünülməmiş siyasət yürüdür."

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Mərkəzi Asiya regionunun yenidən Rusiyanın təsir dairəsinə düşməsinə görə, ABŞ bu bölgə üzərindəki təsirini demək olar ki, itirib.

Rusiya Siyasi Məlumat Mərkəzinin Baş direktoru Aleksey Muxin qeyd edib ki, analoji vəziyyət hazırda Yaxın Şərqdə də yaşanır, gələcəkdə isə Avropada da təkrarlanacaq.

“ABŞ dünyanın hər yerində düşünülməmiş siyasət yürüdür. Qorxuram ki, ABŞ-ın müvəffəqiyyətsizliyə uğrayacağı, Rusiyanın isə qalib gələcəyi növbəti region Avropa olacaq. Hazırda bunun üçün müəyyən ilkin şərait də yaranıb.

Rəsmi Vaşinqtonun bədbəxtliyi onun öz üzərinə öhdəsindən gələ bilmədiyi dünya tənzimləyicisi rolunu götürməsindədir. Mərkəzi Asiya və Yaxın Şərqdə ABŞ öz mövqelərini əsasən Rusiyanın ağıllı addımlarına görə itirib, Avropa misalında isə hər şey elə də aydın deyil.

(ABŞ-ın) Avropa siyasəti fərqlidir, lakin iqtisadi vəziyyətə görə, (hər gün) daha da çox siyasətçi Rusiya ilə dostlaşmağın lazım olması haqda danışır. Əgər Avropa mənfəətin dilindən anlayırsa, o zaman bu Avropa üçün də faydalı olacaq. Elə buna görə də Almaniya biznesi hədər yerə Vladimir Putinlə müzakirələr aparmır.”, - deyə o bildirib.


ABŞ-ın iflasa uğrayacağı, Rusiyanın isə qalib olacağı növbəti region - MÜTƏXƏSSİS RƏYİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ