1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:20.07.2019 14:40:44

İyulun 19-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Terri Həmriki Azərbaycanın müdafiə naziri Zakir Həsənova təqdim edib.

İyulun 19-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Terri Həmriki Azərbaycanın müdafiə naziri Zakir Həsənova təqdim edib.

Nazir Həsənov yeni hərbi attaşeyə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, müdafiə naziri Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Səfir Litzenberqer öz növbəsində ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib və ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə edib.


ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təqdim edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ