EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.06.2017 15:07:58

ABŞ terrora dəstək verdiyini iddia etdiyi ölkə ilə 12 milyardlıq silah müqaviləsi imzalayıb

İslamazeri.com xəbər verir ki, ABŞ terrora dəstək verdiyini iddia etdiyi Qətər ilə 12 milyardlıq silah müqaviləsi imzalayıb. Qətəri terrora dəstək verməkdə ittiham edən ABŞ, bu ölkə ilə "F15" qırıcılıarnın satılması ilə bağlı 12 milyard dəyərində sənəd imzalayıb.

Sənədə əsasən, Qətərə 36 qırıcı verəcək olan ABŞ, bu razılıqla 2 ölkə arasında həmkarlığın artacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp  iyun ayının 9-da Rumıniya prezidenti Verner Yohannis ilə görüşü zamanı Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edərək demişdi:  "Qətər, təəssüf ki, tarixən çox yüksək səviyyədə terrorizmin sponsoru olub. Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq. Mən dövlət katibi Reks Tillerson və bizim görkəmli generallar ilə birgə qərara gəldim ki, Qətəri maliyyələşdirməni dayandırmağa çağırmağın vaxtı çatıb, onlar ekstremist idealogiyanın maliyyələşdirilməsini dayandırmalıdırlar".

Xatırladaq ki, Qətərin bu qırıcılara ehtiyacı olmadığı, lakin ərəb ölkələrinin embarqosundan qurtulmaq üçün bu razılığa məcburi imza atdığı da qeyd olunur.


ABŞ iki gün əvvəl terrorda ittiham etdiyi Qətərə milyardlıq qırıcılar satır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ilə kürdlər arasında mühüm razılıq: Ordu Mənbicə girir
    Suriya ilə kürdlər arasında mühüm razılıq əldə olunmasıyla bağlı xəbərlər yayılıb
     25.02.2018
    Azərbaycanda tələbələrin təqaüdləri artırılıb
    Azərbaycanda tələbələrin təqaüdləri artırılmasıyla bağlı Azərbaycan Prezidenti sərəncam imzalayıb
     24.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ