EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:11.10.2016 20:18:35

"Müharibə son 60 ilin ən irimiqyaslısı olacaq."

İslamazeri.az-ın "Russia Today"-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ ordusunun yüksək rütbəli hərbçiləri bildiriblər ki, Çin və ya Rusiya ilə hərbi münaqişə "demək olar, ki qaçılmazdır". Üstəlik generalların fikrincə, müharibə sürətli, məhvedici və son 60 ilin ən irimiqyaslısı olacaq.

General-mayor Uilyam Hiks beynəlxalq arenada silahlı qarşıdurma mövzusunu inkişaf etdirərək qeyd edib ki, süni intellekt və silahların avtomatlaşdırılmış sistemləri gələcək hərbi münaqişələri tezləşdirəcək.

"Maşınların uzaq gələcəkdəki qərar qəbul edə biləcəyi surət, bizim onları idarə etmək imkanlarımıza meydan oxuyacaq. Və bu da insan və maşın arasındakı yeni əlaqələri inkişafını tələb edəcək.", - deyə Hiks bildirib.

General əlavə edib ki, Rusiya və Çinin texnoloji nailiyyətləri Ağ Evi "ABŞ Quru Qoşunlarının Koreya müharibəsi dövründən bəri üzləşmədiyi miqyaslarda olan hərbi əməliyyatlara" hazırlaşmağa məcbur edib.

Qərargahların Birləşmiş Rəislər Komitəsinin sədr müavini Cozef Anderson isə öz növbəsində bildirib ki, "hərbi rəqabət mühitində aqressiv şəkildə fəaliyyət göstərən" ölkələr, ABŞ-ın mövcudiyyəti üçün təhlükə mənbəyidir.

"Hansı ölkəni bu cür təsvir etmək olar? Rusiyanı?", - deyə Anderson bildirib.

ABŞ Quru Qoşunları Qərargahının rəisi Mark Milli bildirib ki, bu cür müharibə "demək olar ki, qaçılmazdır". O qeyd edib ki, ABŞ-ın rəqibləri ABŞ-ın hava məkanındakı üstünlüyünə son qoya, o cümlədən də Hərbi-Dəniz Qüvvələrinə döyüş meydanına çatmağa imkan verməyə bilər. Buna görə də Quru Qoşunlarına HDQ və HHQ-dən istifadə edə bilmələri üçün şərait yaratmaq lazım olacaq.

Üstəlik, onlar kiber-məkanda da hərbi əməliyyatların aparılmasına, onların öyrəşdikləri və haqqları hesab etdikləri peyk əlaqəsi və naviqasiya sistemləri olmadan da döyüşməyə  hazır olmalıdırlar.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlər Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirmişdi ki, "əgər rəsmi Moskva Suriyadakı zorakılığını dayandırmasa, hərbi qulluqçuların cəsədlərini torbalarda vətənə göndərməyə və resursları sərf etməyə davam edəcək". Onun sözlərinə görə, münaqişənin davam edəcəyi təqdirdə terrorçurlar vəziyyətdən Rusiya şəhərlərinə hücum etmək üçün istifadə edə bilərlər. Bundan başqa, o əlavə etmişdi ki, "daha çox Rusiya təyyarəsi vurulacaq".

Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Moskva ABŞ-ın Rusiyada terror aktlarının mümkünlüyü haqda etdiyi bəyanatlarını terrorçular üçün çağırış və onların hərəkətlərinə rəhbərlikdən (terrorçulara yön vermək, onları yönləndirmək - red.) başqa bir şey deyil.

Bundan başqa,  Qərb KİV-lərindəki Ağ Evin Suriya ordusuna zərbə endirməyə dair xəbərləri yayıldıqdan sonra, Rusiya Müdafiə Nazirliynin rəsmi nümayəndəsi İqor Konaşenkov Vaşinqtona "bu cür planların həyata keçirilməsinin mümkün aqibətlərini diqqətlə hesablamağı" məsləhət görüb və əlavə edib ki, Rusiya zenit sistemlərinin fəaliyyət radiusu "istənilən tanınmamış obyektlər üçün sürpriz ola bilər."

Xatırladaq ki, ABŞ daha əvvəl bildirmişdi ki, Moskva ilə Suriya üzrə ikitərəfli ünsiyyət (əlaqə) fəaliyətini dayandırır.


ABŞ generalları: Rusiya ilə müharibə tez, məhvedici və demək olar ki, qaçılmazdır - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qahirə küçələrində bayram sevinci - FOTO
    Misir paytaxtında bayram sevinci yaşanır. İslamazeri.com tasnimnews-a istinadən fotoları təqdim edir.
     25.06.2017
    Bəşər Əsəd bayram namazında - FOTO
    Suriya prezidenti Bəşər Əsəd Homa şəhərində keçirilən Fitr bayramı mərasiminə qatılıb.
     25.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ