EURO 1,8352 TRY 0,2784
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:17.01.2020 15:04:45

ABŞ Prezidentinin Ayn Asad hərbi bazasında heç bir hərbçinin hədəf alınmamasıyla bağlı açıqlaması yalan çıxdı

İslamazeri.com xəbər verir ki, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) İranın İraqdakı Amerika bazalarını atəşə tutması nəticəsində 11 hərbçisi xəsarət aldığını etiraf edib.

CENTCOM" rəsmisi, kapitan Bill Erban açıqlama verib.

"Bu hərbçilərin xidmət üçün yararlı hesab edildikləri zaman İraqa qayıdacaqları gözlənilir", - deyə Erban qeyd edib.

Bir müddət öncə "Defense One" nəşri yazıb ki, yanvarın 8-də endirilmiş zərbələr nəticəsində 11 nəfər kəllə-beyin xəsarətləri şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Amerikanın Küveytdə və Almaniyada yerləşən hərbi hospitallarına təxliyə olunublar.

“Defense One” da ABŞ-dakı hərbi mənbələrə istinadən bu cür məlumat yayıb.

“Bu həftə yaralılar kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”, -deyə “Defense One” bildirib.


ABŞ etiraf etdi: İranın bazamıza hücumunda yaralananlar olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail səfiri, 180 şagird, 14 sərhədçi koronavirus şübhəsilə karantinə salındı
    İsrail Cənubi Koreyadan gələn turistlərdə koronavirus aşkarlandıqdan sonra fövqəlada vəziyyətə keçib
     23.02.2020
    Neftçalanın sabiq icra başçısı və digərləri barəsində həbs qətimkan tədbiri seçildi
    Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslər məhkəmə qarşısına çıxarılıb.
     22.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ