EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.10.2017 11:08:25

Nigerdə 5 amerikalı əsgər pusquya salınıb. Əsgərlərdən 2-si yaralanıb, 3-ü isə ölüb.

İslamazeri.com xəbər verir ki, ABŞ-ın Afrika Komandanlığı Nigerin cənub-şərqində patrul xidməti həyata keçirən karvana atəş açıldığını bildirib.

Aidiyyatı orqanlardan mətbuata edilən yazılı açıqlamada bildirilib ki, "ABŞ və Nigerin birgə patrul xidməti həyata keçirən karvanına ölkənin cənub-şərqində atəş açıldığına aid xəbərləri təsdiq edirik. Hadisənin təfərruatlarını araşdırırıq və ərazidəki məlumatları tədqiq etdikdən sonra daha ətraflı məlumat verəcəyik".

ABŞ Müdafiə Nazirliyindən səlahiyyətli şəxs "New York Times"-a verdiyi açıqlamada, hücumda üç ABŞ əsgərinin öldüyünü, iki əsgərin isə yaralandığını iddia edib.

Hücumun hansı təşkilat tərəfindən törədildiyi bildirilməyib.


ABŞ əsgərləri pusquya salındı: Ölən və yaralananlar var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ