1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:04.03.2017 19:56:18

Vaşinqton PUA-larla həyata keçirdiyi hücumlarda terrorçuları öldürdüyünü iddia edir, ancaq yerli rəsmilər və hadisə şahidlərinin açıqlamalarına görə, ötən bir neçə il ərzində həmişə məhz mülki şəxslər sözügedən hücumların əsas hədəfi olub...

İslamazeri.az xəbər verir ki, ABŞ-lı bir rəsminin "Reuters" Xəbər Agentliyinə verdiyi məlumatlara görə, Rəsmi Vaşinqton Yəmənə qarşı daha çox hava hücumu etməyi planlaşdırır.

ABŞ yanvar ayında keçirdiyi uğursuz əməliyyatdan sonra keçirdiyi ilk genişmiqyaslı hərbi əməliyyatda ən azı 20 dəfə Yəmənə hava hücumu həyata keçirib.

ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, ABŞ ordusu 2 mart cümə günü pilotsuz uçan aparat (PUA) və hərbi vertolyotları ilə Yəmənin müxtəlif bölgələrinə hava hücumu təşkil edib. Sözügedən bölgələrin "əl-Qaidə" mövqeləri olduğu iddia edilib.

ABŞ ordusunun dəniz qüvvələrindəki kapitanlarından biri verdiyi açıqlamada, Yemənin cənubunda yerləşən Əbin, Şəbvə və Bəyza əyalətlərində aparılan genişmiqyaslı əməliyyatların hədəfinin "əl-Qaidə" mövqelərinə hücum təşkil etmək olduğunu iddia etmişdi.

Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) mətbuat katibi isə belə açıqlama verib: "2 mart cümə günü "əl-Qaidə"nin döyüş avadanlıqlarını, infrastrukturlarını və dəstələrini hədəf aldıq. Sözügedən hücumlar "əl-Qaidə"nin terror hücumlarını təşkil etməsini məhdudlaşdıracaq və Yəmən hökumətinin nəzarəti ələ keçirdiyi ərazilərdə terror planlarını həyata keçirmələrinə mane olacaq. "Əl-Qaidə" Yəmən hökumətinin nəzarətində olmayan bölgələrdən ABŞ və müttəfiqlərinə qarşı hücum təşkil etmək üçün istifadə edir".

ABŞ ordusu sözügedən hücumlardakı zərər və itkilərə toxunmayıb, ancaq bölgə rəsmiləri sözügedən əməliyyatlarda "əl-Qaidə" terror təşkilatına üzv olmaqda şübhəli bilinən 9 nəfərin öldürüldüyünü bildirib.

ABŞ ordusunun dəniz qüvvələrində yer alan kapitan sözügedən hücumların Yəmənin istefa vermiş keçmiş prezidenti Mənsur Hadi ilə koordinasiya olunduğunu açıqlayıb.

Yayımlanan hesabatlara görə, PUA və hərbi vertolyotlar Yəməndə hələ də "əl-Qaidə" mövqelərinə hücum təşkil edir və sözügedən hücumlar Əbin və Şəbvədə həyata keçirilir.

"Reuters" agentliyinin xəbərinə əsasən, Yəmən təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, ABŞ ordusu cümə günü, səhər "əl-Qaidə" terror təşkilatının Şəbvə əyalətində yerləşən mövqelərinə hücum təşkil edib və "əl-Qaidə" terrorçuları sözügedən hücumları dayandırmaq üçün bu hücumları cavabsız qoymayıb.

Sözügedən hücumlarda "əl-Qaidə"nin məşhur liderlərindən olan Səd Atifin evi və bir neçə terror dəstəsinin hədəf alındığı deyilir.

Yayımlanan hesabatlara görə, əsgərlərlə "əl-Qaidə" terror təşkilatı arasında Yəmənin cənubunda yerləşən Səit bölgəsində quru toqquşmaları da baş vermiş ola bilər.

ABŞ əsgərlərinin 9 yanvar 2017-ci ildə Bəyza əyalətində "əl-Qaidə"yə qarşı hücum təşkil etdiklərini iddia edəndə, yerli vətəndaşların hesabatlarına görə içərisində bir çox uşaq və qadının da olduğu 25 nəfər həyatını itirib.

Sözügedən əməliyyatda Bir ABŞ əsgəri öldürülüb, üç nəfər yaralanıb və digər tərəfdən, bir ABŞ vertolyotu da vurulub.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü ABŞ döyüş təyyarələrinin "əl-Qaidə" terror təşkilatının Bəyza əyalətində yerləşən mövqelərinə hücumlarını uğurlu olaraq səciyyələndirdi, halbuki bəzi ABŞ rəsmiləri hücumu uğursuz olaraq qiymətləndirdilər.

ABŞ mərkəz komandanlıq araşdırmaları sözügedən hücumlarda mülki şəxslərin həyatını itirdiyini ortaya qoyur.

Səudiyyə Ərəbistanının Yəmənə hücumları ABŞ-ın yaşıl işıq yandırması ilə başlayıb və bu səbəbdən Yəməndə "əl-Qaidə" və ya İŞİD kimi terror təşkilatlarının fəaliyyət göstərmələri üçün münasib bir meydan yaradılıb.

Səudiyyə Ərəbistanı 26 mart 2015-ci il tarixindən bu yana, BMT-dən hər hansısa bir səlahiyyət və ya icazə almadan, yaxın müttəfiqi olan Yəmənin keçmiş prezidenti Mənsur Hadinin gücünü geri vermək və eyni zamanda "Ənsarullah" hərəkatını zəiflətmək üçün Yəmənə ölümcül hava hücumları təşkil etməyə başlayıb.

Mənsur Hadi nəinki Yəmən xalqının əksəriyyəti tərəfindən bir prezident, ümumiyyətlə bir yəmənli də sayılmır. Çünki xalq tərəfindən Hadinin ölkəsinə qarşı etdiyi satqınlıqlar açıq şəkildə bilinir. Mənsur Hadi Səudiyyə Ərəbistanının ölkəsinə qarşı etdiyi hücumlar və çoxu mülki olan öldürdüyü yəmənlilər üçün Səudiyyəyə dəfələrlə təşəkkür etmişdi. Səudiyyə Ərəbistanı etdiyi hücumlarda insan hüquqlarını pozaraq, Yəməndəki məktəbləri və tədris mərkəzlərini, xəstəxanaları, infrastrukturları, yaşayış binalarını hədəf alaraq aralarında bir çox uşaq və qadının da yer aldığı vətəndaşları öldürüb.

Müstəqil bir qrup olan Yəmənin insan haqqlarındakı hüquq mərkəzinin yayımladığı yeni hesabatlara görə, Səudiyyə Ərəbistanının hücumlarını başlatdığından bəri Yəməndə 12 min 41 mülki şəxs öldürülüb və bu şokedici rəqəmin 2 min 568-i uşaq və 1870-i isə qadınlardan ibarətdir.

Sözügedən hesabata görə, Səudiyyə koalisiyasının hücumlarında təxminən 20 min 354 uşaq və 960 qadın yaralanıb, 4 milyondan çox Yəmənli evlərini itirib və qaçqın vəziyyətinə düşüb.

Digər tərəfdən, ABŞ açıq şəkildə, Pakistan, Əfqanıstan və Somali kimi müsəlman ölkələrində PUA-lardan istifadə edərək sistematik bir şəkildə hədəfləri istiqamətində insanları öldürür.

Vaşinqton PUA-larla həyata keçirdiyi hücumlarda terrorçuları öldürdüyünü iddia edir, ancaq yerli rəsmilər və hadisə şahidlərinin açıqlamalarına görə, ötən bir neçə il ərzində həmişə məhz mülki şəxslər sözügedən hücumların əsas hədəfi olub.


“ABŞ “əl-Qaidə”ni bəhanə edərək Yəməndə mülki şəxsləri öldürür”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Muhəmməd Husi xalqı döyüş cəbhələrinə səsləyib
    Yəmənin Ali İnqilab Komitəsinin sədri xalqdan, müharibə cəbhələrini doldurmağı istəyib.
     19.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ