EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.01.2019 18:34:06

ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifət lideri və Milli Məclisin başçısı Xuan Quaidonu ölkənin dövlət başçısı olaraq tanımağı planlayır.

CNN İspancada yayımlanan və Ağ Evə yaxın mənbələrə əsaslandırılan xəbərə görə ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifət lideri və Milli Məclisin başçısı Xuan Quaidonu ölkənin dövlət başçısı olaraq tanımağı planlayır.

İslamazeri.com xəbər verir ki, Ağ Ev hələ ki, bu mövzuda hır hansı bir açıqlama verməsə də, bunun Venesuela xalqının dəstəyinə sahib olan dövlət başçısı Nikola Maduro üzərindəki təzyiqi artıracaq əhəmiyyətli bir hərəkət ola bilməyəcəyi düşünülür.

Keçən həftə Nikola Maduro paytaxt Karakasdakı Ali Ədalət Məhkəməsində təşkil edilən mərasimdə and içərək, 2025-ci ilə qədər qalacağı vəzifəsinə rəsmi olaraq başlamışdı.

ABŞ xarici işlər naziri Mayk Pompeo bu hadisə üzərinə "Maduro rejiminin qeyri qanuni olduğunu" ifadə edərək, ABŞ-ın Venesuelaya "gerçək" bir demokratiyanın yenidən gəlməsi üçün, iqtisadi və diplomatik gücünü sonuna qədər istifadə edəcəyini söyləmişdi.

Həmçinin Amerika qitəsindəki 14 ölkədən ibarət olan Lima Qrupunun Meksika xaricindəki üzvləri Venesuela dövlət başçısı Nikola Maduronun yeni hökumətini tanımayacaqlarını açıqlamış və Maduroya vəzifəyə başlamama çağırışı etmişdi.


ABŞ-dan Venesuelaya qarşı təxribat planı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020
    Bu gün Mübahilə günüdür
    Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ