EURO 1,9671 NEFT 75,46
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.11.2017 17:24:04

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları əsas gətirərək zəlzələdən zərərçəkənlər üçün təşkil edilmiş ianə aksiyalarını qadağan edib.

ABŞ Maliyyə Departamenti İranda zəlzələ qurbanları üçün onlayn ianə kampaniyalarına qadağa qoyub.

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, xaricdə yaşayan iranlılar zəlzələ nəticəsində ziyan çəkmiş həmvətənlərinə yardım etmək üçün onlayn ianə kampaniyaları keçirərkən gözləmədikləri embarqo ilə üzləşiblər.

ABŞ-ın Detroit şəhərində yaşayan tibb mütəxəssisi Tövhid Nəcəfi bildirib ki, "Facebook" sosial şəbəkəsində başlatmış olduğu onlayn kampaniya ABŞ Maliyyə Nazirliyi tərəfindən bloklanıb. Nəcəfinin sözlərinə görə, cəmi iki gün ərzində Amerikadakı iranlılar həmvətənlərinə yardım üçün 200 min dollar ianə toplayıblar. Lakin ABŞ hökuməti məbləğin İrana transfer edilməsinə icazə verməyib.

Qadağa İrana qarşı tətbiq edilən çoxşaxəli iqtisadi və siyasi sanksiyalarla əlaqələndirilib.

Digər bir iranlı fəal Nyu-Yorkda yaşayan jurnalist Tara Kəngərli də oxşar problemlə üzləşib. Belə ki, o, müstəqil ianə şəbəkəsi olan "YouCaring" saytında həmvətənləri üçün yardım kampaniyasına start verib. Kampaniya çərçivəsində cəmi yarım saata 2 min dollar toplanıb. Lakin "YouCaring" saytı da bu kampaniyanı ləğv edib. Bundan başqa pul transfer şirkəti olan "WePay" də İrana vəsait göndərilməsindən imtina edib.

Bildirək ki, rəsmi rəqəmlərə əsasən İran-İraq sərhədində baş vermiş 7,3 ballıq zəlzələ nəticəsində 432 İran vətəndaşı dünyasını dəyişib, 9388 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 12 min ev mənzil tamamilə məhv olub.


ABŞ-dan İrandakı zəlzələ qurbanlarına zərbə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Emin Mahmudov:
    "Neftçi” klubunun futbolçusu Emin Mahmudov komandanın rəsmi saytına müsahibə verib.
     20.06.2018
    Əməliyyatlarına cavab olaraq İsrailə 45 raket və minamyot zərbəsi tuş gəldi
    Dünən gecə saatlarında İsrailin nəzarətində olan ərazilərə Qəzzadan 45 raket zərbəsi endirilib
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ