EURO 1,9839 NEFT 49,39
USD 1,7012 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:19.05.2017 17:16:07

“Mən dəhşətli statistikanın təfərrüatlarına girmək istəmirəm, lakin deyə bilərəm ki, biz əzab çəkirik”

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, bu ayın əvvəlində ABŞ Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qoşunlarının Baş İdarəsinin rəisi general Raymond Tomas Senatın Silahlı Qüvvlər üzrə Komitəsində çıxışı zamanı bildirib ki, bu gün xüsusi təyinatlılar əməliyyatların cari intensivliyini saxlamaq qabiliyyətində deyil və 15 illik arası kəsilməyən müharibələrdən sonra hərbi qulluqçular ruhi cəhətdən taqətdən düşüblər. Bu da xüsusi təyinatlı əsgərlər arasında intiharların faiz göstəricisinin artmasına səbəb olur.

 

Yüksək temp və onun nəticələri

 

General qeyd edib ki, ABŞ xüsusi təyinatlılarının 8 min döyüşçüsü bu gün dünyanın 80-dan çox ölkəsində qulluq edir və hərbi əməliyyatların demək olar ki, içərisindədirlər. Üstəlik hərbi qulluqçuların 55,3 faizi Yaxın Şərq, 17,3 faizi Afrika və 12,7 faizi Avropadadır. Təqribən 500 xüsusi təyinatlı isə Suriyadadır.

Aprel ayından bəri artıq xüsusi təyinatlı qoşunların 4 əsgəri ölüb: 1-i Somalidə, 3-ü isə Əfqanıstanda. 1 il ərzində isə elit hissələrin 20 hərbi qulluqçusu ölüb. KİV-lərin məlumatına görə, 2016-cı ABŞ xüsusi təyinatlıları dünyanın 138 ölkəsində olub.

Xüsusi təyinatlılar İŞİD, “Əl-Qaidə” və “Əş-Şəbab” terror qruplaşmalarına qarşı döyüşür, həmçinin Şimali Koreyadakı mümkün əməliyyatlara və “Rusiya aqressiyası halında” Şərqi Avropadakı missiyalara hazırlaşırlar.

Bu cür aktivlik daha da çox stressə səbəb olur. Xüsusi təyinatlı qoşunların başçısı konqresdə tam mənası ilə bu sözləri deyib: “Biz panaseya (bütün xəstəlikləri sağaldan dərman - red.) və bütün problemlərin həlli deyilik. Və, siz heç vaxt bizdən belə sözlər eşitməyəcəksiniz”. Bu gün terrorçu və silahlılarla mübarizədən, həmçinin düşmənin arxasındakı reydlərdən başqa, kütləvi qırğın silahlarının yayılmasının monitorinqi missiyası da xüsusi təyinatlıların üzərinə düşür. Bununla belə xüsusi təyinatlıların üzərinə həddən artıq ağırlığın düşməsi haqda hələ 2015-ci ildə onların keçmiş başçısı general Cozef Votel də xəbərdarlıq etmişdi.

Senatorlar da məlum təlaşla bağlı generalla həmfikirdirlər. Onlar da hesab edirlər ki, ABŞ ordusunda belə bir əfsanə də yayılır ki, sanki xüsusi təyinatlılar hər şeyi həll edəcək, ordu komandirləri isə hər məsələdə xüsusi təyinatlılardan istifadəyə həddən çox bel bağlayırlar. Komandirlər belə edərək, mahiyyətcə öz öhdəliklərini xüsusi təyinatlılara həvalə edir və onları nəzərdə tutulduqlarından başqa funksiyalarda istifadə edir.

Silahlı Qüvvələr üzrə Komitənin başçısı Con Makkeyn həmçinin bildirib ki, orduda xüsusi qüvvələrin istifadəsinə dair “doymaq bilməyən iştaha” var. Ordu və siyasətçilərə elə gəlir ki, xüsusi təyinatlıların istifadəsi həm ucuz, həm də asandır.

Bununla belə Raymond Tomas hərbi qulluqçuların fasiləsiz işləməsini sübut edən konkret rəqəmlər gətirməkdən imtina edib. Makkeynin sualına o qeyri-müəyyən cavab verib: hərbçilərin tətil müddəti fərqlidir, bəziləri 1 aylıq xarici ezamiyyətdən sonra 1 ay istirahət edir, digərləri isə 1,5 illik xidmətdən sonra 6 ay dincəlir və s. Lakin o qeyd edib ki, hərbçilər “taqətdən düşüblər”.

 

İntiharlar

 

General Raymond Tomas da konqresdə xüsusi təyinatlı döyüşçülər arasındakı intiharla bağlı rəqəmləri səsləndirməkdən imtina edib: “Mən dəhşətli statistikanın təfərrüatlarına girmək istəmirəm, lakin deyə bilərəm ki, biz əzab çəkirik”.

O qeyd edib ki, komandanlıq son illər psixoloji problemlərin qarşısının alınması və psixoloji yardımın göstərilməsi istiqamətindəki səyləri 2, hətta 3 dəfə artırıb.

General statistikanı açıqlamaq istəməsə də, KİV-lər rəqəmləri izləməyə çalışırlar. ABŞ xüsusi təyinatlı hərbçilərinin arasındakı intiharların piki 2012-ci ildə yaşanıb. Həmin il 24 hərbçi özünü öldürüb. 2014-cü ildə isə (bu Pentaqonun məlum məsələ ilə bağlı məlumat verdiyi son ildir - red.)18 hərbi qulluqçunu intihar edib. Adının çəkilməsini istəməyən nümayəndənin sözlərinə görə, 2016-cı ilin intihar göstəriciləri daha da az olub. Müqayisə üçün deyək ki, ABŞ Silahlı Qüvvələrində 2012-ci ildə 321, 2016-cı ildə isə 275 intihar halı olub.

Xüsusi təyinatlı qüvvələr 2 il öncə ABŞ-da intiharlar səbəblərinin araşdırılması ilə məşğul olan assosiasiya müqavilə bağlayıb. Bu addım, assosiyasiyanın intiharların qarşısının alınması və mümkün faciələrin ilkin siqnallarının müəyyən edilməsi üzrə proqram hazırlaması üçün atılıb. Bu istiqamətdə digər proqramlar da var, o cümlədən də ailə dəstəyinə xüsusi əhəmiyyətin verilməsi proqramı. Çünki xüsusi təyinatlıların 66 faizi ailəlidir.

 

Büdcə və naməlumluq

 

Raymond Tomas digər şeylərlə yanaşı ABŞ konqresinə bildirib ki, baxmayaraq ki, xüsusi qüvvələrin vəziyyəti  ölkənin milli təhlükəsizliyinə olan cari təhlükələrə cavab verir, lakin “əvvəlcədən bilinməyən və qeyi-kafi büdcə” hərbi hissələrin döyüş hazırlığı və müasirləşdirmə surətini sarsıdır.

Bu gün Pentaqonun ümumi büdcəsinin cəmi 2 faizi xüsusi təyinatlılara ayrılır. Bununla belə büdcə azalmağa davam edir, xüsusi təyinatlılardan istifadə aktivliyi isə artır. Onun fikrincə, bütün bunlar gələcəkdə daha da böyük problemlərə səbəb olacaq.  Bu fikirlə senatorlar da razılaşıblar.

Raymond Tomasın sözlərinə görə, büdcənin azalmasına görə şəxsi heyətin komplektasiyası ilə bağlı problemlər yaranır, yeni əsgər çatışmazlığı var.

Bundan başqa, general şikayətlənir ki, “uzunmüddətli missiyaların coğrafiyası və müddəti haqda qabaqcadan xəbər vermək olmur”. Nəzəri cəhətdən amerikalılar hələ 2014-cü ildə Əfqanıstanı tərk etməli idilər və xüsusi təyinatlı qüvvələr isə “azad edilmiş” hərbçilərə bel bağlamışdı. Lakin əksinə, ola bilər: digər hərbi əməliyyatları “qurban verərək”, Əfqanıstandakı hərbi mövcudluğu artırmaq məcburiyyəti yarana bilər.  Dəyişikliklərin texniki tərəfi də optimizmə səbəb olmur. Belə ki, məsələn, indiyədək məlum deyil ki, xüsusi təyinatlılar öz əməliyyatlarında “S-130” təyyarəsindən gələcəkdə də istifadə edəcəklər, ya yox.

ABŞ Müdafiə Nazirliyinin xüsusi qüvvələrin məsələləri üzrə nümayəndəsi Tereza Velan konqresə bildirib ki, belə bir vəziyyətdə daxili resurları axtarıb tapmaq lazım olur ki, bugünki əməliyyatların tempi davam etdirilsin. Belə olan halda da “sabahın planları bu günə qurban verilir”.


ABŞ-dan etiraf: “Əsgərlərimiz intihar edir...” - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səud kralı dəvə “kəndi” yaradır
    Səudiyyə kralı yeni fərman imzalayıb.
     25.07.2017
    Azərbaycanda 8 müəssisə açılacaq
    Azərbaycanda 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq.
     25.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ