1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.08.2017 11:40:43

Venesuelada bir müddətdir Dövlət Başçısı Nikolas Maduro əleyhinə etiraz aksiyaları keçirilir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanın onlara çox uzaq olmadığını və bu ölkəyə hərbi müdaxilə variantını da düşündüklərini vurğulayıb.

Tramp: "Dünyanın bizə uzaq bölgələrində əsgərlərimiz var, amma Venesuela bizə uzaq deyil. 

Orada insanlar əzab çəkir və ölür. Hərbi variant daxil olmaqla bir çox variantımız var" ,- deyə əlavə edib.
Venesuelanın rabitə naziri Ernesto Villeqastan Donald Trampın sözlərini "dəlilik" kimi qiymətləndirərək hökumət adından açıqlama verib. Villeqas dövlət televiziyasında etdiyi çıxışında "Trampın sözləri Venesuelanın müstəqilliyinə və suverenliyinə qarşı edilən ən ciddi təhdiddir",- deyə bildirib.
Qeyd edək ki, Venesuelada bir müddətdir Dövlət Başçısı Nikolas Maduro əleyhinə etiraz aksiyaları keçirilir. Venesuela hökuməti ölkədəki aksiyaların ABŞ dəstəkli olduğunu açıqlayıb.


ABŞ daha bir ölkəyə hərbi müdaxilə etmək istəyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azyaşlı müsəlman uşağın raketi NASA-nın xoşuna gəldi - FOTO
    NASA 5 yaşlı müsəlman uşağın məktubuna cavab verib.
     21.08.2017
    Qeyri-adi hotel; Burda insan özünü... FOTO
    Taylandın paytaxtı Bankokda istifadəyə verilən yeni hotel görənləri təəccübləndirir.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ