1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.05.2019 03:19:51

Hadisədən sonra 37 yaşlı Salamovun dost-tanışları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək haqqında müsbət rəylər bildiriblər.

Xəbər verdiyimiz kimi, mayın 7-də ABŞ-ın Pensilvaniya ştatında azərbaycanlı Nail Salamov evində uşaqlarının gözü qarşısında qətlə yetirilib.

İslamazeri.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən sonra 37 yaşlı Salamovun dost-tanışları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək haqqında müsbət rəylər bildiriblər.

Məlumata görə, N.Salamov 1982-ci ildə Azərbaycanda dünyaya gəlib. O, Dövlət Neft Akademiyasını (indiki ADNSU) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Pensilvaniya Dövlət Universitetində təhsilini bitirdikdən sonra bir müddət "Reading" bankında çalışıb. Son zamanlar isə "Citizens bank"da fəaliyyət göstərib.

Həyat yoldaşından ayrılan Nailin 8 və 10 yaşında Aydın və Yaqub adlı oğlu var. Məlum hadisədən sonra uşaqları anası öz yanına götürüb.

Qeyd edək ki, "gofundme" saytında N.Salamovun uşaqlarına dəstək üçün ianə kampaniyasına başlanılıb. Toplanmış vəsait onun atası İlham Salamova təqdim ediləcək.


ABŞ-da öldürülən Nail kimdir? - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ