1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:09.05.2019 13:56:28

Faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir.

Cari ilin 6 may tarixində ABŞ vaxtı ilə saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 20.01.1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən yaşadığı evində qətlə yetirilib.

Faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb:

"Hazırda cənazənin qısa müddət ərzində Azərbaycan Respublikasına göndərilməsi istiqamətində tərəfimizdən iş aparılır. Sənədləşmə işlərinin sabah yekunlaşması gözlənilir və cənazə Reading şəhərindən Nyu-York şəhərinə və oradanda Vətənə göndəriləcək. Qeyd etmək istərdik ki, məsələ səfirliyin tam nəzarətindədir. İstintaq əməliyyatlarının gedişatı barədə əlavə olaraq məlumat veriləcək. Baş vermiş hadisə ABŞ-da yaşayan soydaşlarımızı və səfirliyin kollektivini çox kədərləndirib. Səfirliyin kollektivi adından mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veririk".


ABŞ-da güllələnən azərbaycanlı ilə bağlı səfirlikdən AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ