EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:12.06.2017 15:53:00

ABŞ-da özəl məktəblərdən birinin direktoru uşaqlara şirnikləndirici təklif irəli sürüb.

İslamazeri.com-un “The Washington Post” qəzetinə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən özəl orta məktəbin direktoru Dian Smit orada oxuyan uşaqlara 100 dollar vəd edib. Belə ki, uşaqlar bu pulu almaq üçün yay tətili boyunca qadjetlərdən istifadə etməməlidirlər.

Smit bildirib ki, başlanğıc üçün uşaqlara hər həftənin 2-ci gününü mobil telefonsuz və digər elektron cihazlarsız keçirməyi təklif edib.

Valideylər də direktorun bu təklifini yekdilliklə dəstəkləyiblər.

Artıq 9 ildir ki, məlum təhsil ocağında rəhbər işləyən xanım Smit qeyd edib ki, vəziyyət hər il getdikcə daha da pisləşir: yeniyetmələr gecə yarısına kimi internetdə oturaraq, bir-birilərinə yazdıqları üçün yuxusuzluqdan əziyyət çəkirlər.

Direktor bu tələbi yerinə yetirəcək şagirdlərə veriləcək pulu isə öz cibindən ödəməyə hazır olduğunu bildirib.

Qadjet (ing. gadget â€” uyğun gələn, əlavə) və ya mini-proqramlar â€” əldə gəzdirilə bilən orjinal, qeyri-standart texniki qurğu. Qadjet kimi əl fonarı, mobil telefonu, flyaş götürülə bilər.


ABŞ-da direktor məktəblilərə “rüşvət” təklif etdi - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ