1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:11.05.2019 00:46:14

ABŞ-ın Viskonsin ştatında həyat yoldaşını öldürməkdə şübhəli bilinən azərbaycanlı Kolumbiya rayon cəzaçəkmə müəssisəsinin birnəfərlik kamerasında ölü vəziyyətdə tapılıb.

ABŞ-ın Viskonsin ştatında həyat yoldaşını öldürməkdə şübhəli bilinən azərbaycanlı Kolumbiya rayon cəzaçəkmə müəssisəsinin birnəfərlik kamerasında ölü vəziyyətdə tapılıb.

“NBC15” saytının məlumatına görə, 31 yaşlı Fuad Paşayevin ölümünü yerli məhkəmə-tibbi ekspert xidməti təsdiq edib.

Şerif Rocer Brendnerin bildirdiyinə görə, həbsxana nəzarətçiləri onu gündəlik yoxlama zamanı gecə 23:00 radələrində huşsuz vəziyyətdə aşkarlayıb. Reanimasiya tədbirləri heç bir nəticə verməyib.

Paşayev Vinskonsin Dellsdə həyat yoldaşının qətli ilə bağlı məhkəmə iclasında iştirak etməli idi. Həbsxana rəsmiləri onun intihar etdiyini bildirir.

Mərhumun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmasa da, istintaq davam edir.

Xatırladaq ki, Fuad Paşayev mart ayında ABŞ-ın Viskonsin ştatında yaşayan həyat yoldaşı 23 yaşlı ukraynalı Tatyana Qujvanı vəhşicəsinə öldürməkdə ittiham olunurdu. Qətldən əvvəl isə cütlük arasında məişət zəminində baş verən münaqişə ilə əlaqədar Paşayevə qarşı zorakılıq, boğma, qanunsuz şəkildə azadlıqdan məhrum etmə, əmlakın məhv edilməsi və digər maddələr üzrə cinayət işi qaldırılmışdı. (oxu.az)


ABŞ-da arvadını öldürən Fuad Paşayevin həbsxanada meyiti tapıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ