Qeyd edilir ki, sözügedən aviabaza 2013-ci ilin sentyabr ayında yaradılıb.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ 2017-ci ilin avqust ayında gizlincə Kiprdəki öz aviabazasını qapadıb. Həmin bazanın fəaliyyəti üçün 4 il ərzində 71 milyon dollar pul xərclənib. Buna ABŞ Dövlət Departamentinin Baş İnspektor İdarəsinin məruzəsi dəlalət edir.
Qeyd edilir ki, aviabaza 2013-ci ilin sentyabr ayında yaradılıb. Bazada 5 vertolyot və 40 hərbçi olub. Onların saxlanılması üçün hər 20 milyon dollar pul xərclənirdi.
Baza Dövlət Departamentinin Aviasiya Şurası rəhbərliyinin icazəsi olmadan yaradılmışdı. Üstəlik ABŞ Xarici İşlər Nazirliyi də həmin bazanın yaradılması məqsədini açıqlaya bilməyib.
ABŞ bu ölkədəki bazasını gizlincə qapatdı