EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.03.2017 14:15:56

İlahiyyatçı Hacı Abgül Süleymanov dünən cəza kamerasından çıxarılmayıb

Xəbər verdiyimiz kimi 11 saylı Cəza Çəkmə Müəssisəsində həbsdə olan ruhani Hacı Abgül Süleymanov 6 mart saat 18 radələrində cərimə kamerasına salınmışdı. Cəza müddəti 5 gün olsada ruhaninin cəzası dünən artırılıb.

Bu haqda İslamazeri.az-a Abgül Süleymanovun yaxınları məlumat verib.

Məlumata görə, dünən axşam saatlarında ruhani cəza kamerasından azad edilməli olsada sonradan cəzanın bir aya qədər artırıldığı məlum olub.

Qeyd edək ki, ruhaninin cəza kamerasına salınmasının səbəbi  Şeyx Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanat və bəyanatın KİV-də əks səda doğurması olub.

Xatırladaq ki, ruhaninin abgulsuleymanov.com saytı vasitəsilə zindandan yaydığı bəyanatda deyilirdi: "Biz də Şeyx Sərdarın günahsız yerə həbs edilməsinə çox narahat olduq. Mən həmişə şeyx Sərdarı özümə böyük qardaş bilmişəm. Əgər namaza görə kimisə həbs edirlərsə, bu bir növ Allah ilə düşmənçilik eləməkdir. Əgər bu gün şeyx Sərdarı namaza görə həbs edirlərsə, demək ki, hər bir inanclı şəxsin Allaha ibadət etdiyinə görə həbs edilmə ehtimalı vardır. Müsəlman ölkəsində belə bir hadisənin baş verməsi çox acınacaqlıdır. Şeyx Sərdara 7-dən 70-ə hamı bacardığı şəkildə öz dəstəyini bildirməlidir."

 

Abgül Süleymanovun "kars" müddəti artırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda Respublika Günü qeyd olunur
    Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
     28.05.2017
    "Amnesty İnternational" təşkilatı israillilərin Qüdsdə yürüyüş keçirmələrini beynəlxalq qanunlara zidd adlandırıb.
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ