EURO 1,9245 NEFT 65,45
USD 1,7 RUB 0,0252
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:03.11.2018 13:42:21

Din xadimi sözlərini dua ilə bitirib...

Azərbaycanın həbsdə olan tanınmış ilahiyyatçı alimi Hacı Abgül Süleymanov Ərbəin zəvarlarına müraciət edib:

"Allahın salamı və bərəkəti olsun möhtəşəm Ərbəin ziyarətində hazır olan və vətənlərinə qayıdan zəvvarlara və qəlbi bu ziyarətə getmək istəyən amma müxtəlif səbəblərə görə gedə bilməyənlərə. Mən öz adımdan Məhərrəm, Səfər, həmçinin qarşıdan gələn Həzrəti Muhəmmədin rehləti və İmam Həsənin şəhadəti münasibətilə başda İmam Mehdi olmaqla, dünya Əhli-beyt sevənlərinə, zindanda olan mömin qardaşlarıma, Şəhidlər sərvəri İmam Hüseyni mərifətlə ziyarət edənlərə dərin hüznlə başsağlığı verir, onlara şəhadət və səadətli həyat yaşamağı arzu edirəm. Allah, Məhərrəm-Səfər aylarında etdiyiniz əzadarlıqları, axıtdığınız gözyaşlarını, verdiyiniz ehsanları siz bacı və qardaşlardan ali dərəcədə qəbul etsin."

Din xadimi sözlərini dua ilə bitirib: "Pərvərdigara, İmam Zamanın zühurunu tezləşdir, bizi O Həzrətin əsgərlərindən qərar ver. Quranı dünyaya hakim et! Əssalamu əleykum əla ibadillahıs Salihin..."

Bu barədə Abgül Süleymanovun "Facebook" səhifəsində paylaşım edilib.

İslamazeri.com


Abgül Süleymanovdan Ərbəin zəvvarlarına...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda toyuq əti bahalaşacaq? - AÇIQLAMA
    Bəs toyuq və toyuq ətinə daha yüksək idxal gömrük rüsumunun tətbiqinin müddətinin 1 il uzadılması nə ilə əlaqədardır?
     14.11.2018
    Müqavimət raketi sionist əsgərlərin avtobusunu məhv etdi
    HƏMAS sionist əsgərləri daşıyan avtobusun müqavimət raketinin dəqiqliklə vurması nəticəsində məhv olduğunu göstərən bir görüntü yayıb.
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ