EURO 2,0142 TRY 0,2251
USD 1,7 RUB 0,0227
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:08.08.2019 11:34:20

“Mən buraya o qədər gəlmişəm ki..."

İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, hindistanlı müsəlman Tariqullah Xanın Məkkə sevdası eşidənləri heyrətə salır.

62 yaşlı müsəlman kişi ilk dəfə 1994-cü ildə Həcc ziyarətini yerinə yetirib. 1993-cü ildə isə öz valideynlərini bu müqəddəs ziyarətə göndərib.

Həmin ildən etibarən isə Xan heç bir Həcc ziyarətini buraxmayıb və bu il düz 26-cı ziyarətini yerinə yetirir.

Üstəlik ümrə ziyarətini isə o, düz 126 dəfə yerinə yetirib.

Zamanla Xanın Məkkə səfərləri məşğuliyyətə çevrilib və o, turistik şirkət quraraq həcc-operatoru lisenziyasını əldə edib.

Maraqlıdır ki, Xan hər il ziyarətə gələ bilməsini bu cür izah edir: “Bu, anamın duasının sayəsində mümkün oldu. 1993-cü ildə anam Kəbənin yanında olarkən, ağlayaraq Allahdan istəyib ki, mən hər il Məkkəyə gələ bilim”.

“Mən buraya o qədər gəlmişəm ki, artıq Məkkə və Mədinəni doğma Benqalurudan daha yaxşı tanıyıram”, - deyə Xan təbəssümlə bildirib.


62 yaşlı Xan baba: “Anamın duası ilə 152 dəfə Həccdə olmuşam”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ