1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.08.2017 15:57:46

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizəni daha da gücləndirmək məqsədi ilə xüsusi əməliyyat qrupu tərəfindən reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı 60-dan çox sürücü cərimələnib.

Bildirilir ki, paytaxt ərazisində keçirilən reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, nəqliyyat vasitəsinə əlavə səsgücləndirici vasitələr əlavə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib. Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə də rast gəlinib. Paytaxtın Nizami rayonu ərazisində saxlanılan “Land Rover” markalı avtomobilin sürücüsünün yoxlama zamanı sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyi məlum olub.

"Avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Binəqədi rayonunda saxlanılıb. “Mersedes GL” markalı avtomobilin sürücüsü Loğman Hacıyev əvvəlcə avtomobili içkili halda idarə etmədiyini bildirsə də, həkim müayinəsi zamanı sürücünün sərxoş vəziyyətdə olduğu sübuta yetirilib" - məlumatda deyilir.

Qeyd edilir ki, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər yol polisləri tərəfindən aşkar olunduğu təqdirdə, əksər hallarda öz aqressiv davranışları ilə seçilirlər: "Belə sürücülərdən birinə də Səbail rayonu Badamdar qəsəbəsində yol polisi tərəfindən saxlama işarəsi verilib. Amma sürücü tabe olmayaraq idarə etdiyi “Mercedes” markalı avtomobili yaşadığı ünvana qədər idarə edib. Avtomobili saxlayandan sonra sürücü yol polislərinə fiziki müqavimət göstərməkdən belə çəkinməyib. Sürücünün şəxsiyyəti dəqiqləşdirilən zaman onun Səbail rayon sakini Xamis Seyranov olduğu müəyyənləşdirilib. Onunla aparılan profilaktik söhbətdən sonra sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf edib. Reyd zamanı saxlanılan nəqliyyat vasitələri DYPİ-nin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirilib".

Məlumatda həmçinin qeyd olunur ki, 2017-ci ilin ilk 6 ayı ərzində paytaxt ərazisində avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada qanuni tədbir görülüb.


60-dan çox sürücü cərimələndi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azyaşlı müsəlman uşağın raketi NASA-nın xoşuna gəldi - FOTO
    NASA 5 yaşlı müsəlman uşağın məktubuna cavab verib.
     21.08.2017
    Qeyri-adi hotel; Burda insan özünü... FOTO
    Taylandın paytaxtı Bankokda istifadəyə verilən yeni hotel görənləri təəccübləndirir.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ