EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:16.05.2017 17:53:25

Bosniya və Herseqovinanın mərkəzi hissəsndəki Zenica şəhərində yaşayan İsmayıl Zulfic ilk başlarda sudan qorxmasına baxmayaraq bu gün üzgüçülük idman növündə qazandığı medallarla xalqın könlündə taxt qurub.

İslamazeri.com "Milli Gazete"yə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın mərkəzi hissəsndəki Zenica şəhərində yaşayan İsmayıl Zulfic ilk başlarda sudan qorxmasına baxmayaraq bu gün üzgüçülük idman növündə qazandığı medallarla xalqın könlündə taxt qurub.

Qısa bir müddət əvvəl Xorvatiyanın ev sahibliyi ilə keçirilən 9-cu Regional Maneəli Üzmə Çempionatından da qızıl medalla qayıdan Zulfic uğurun əzm, arzu və ümidlə gəldiyini bir daha göstərib.



"QANADSIZ KƏPƏNƏK" DEYİRLƏR


Üzməyə bir il əvvəl başlayan və qısa müddətdə əldə etdiyi uğurlarla ölkəsində "milli qəhrəman" və "qanadsız kəpənək" kimi anılan Zulfic yaşadığı şəhərdə üzgüçülük hovuzu olmadığından həftədə iki dəfə paytaxt Sarayevoya gələrək buradakı olimpiya hovuzunda üzür.

Zulfic son qazandığı qızıl medala görə son dərəcə xoşbəxt olduğunu bildirərək "Qazanmaq çətin olmadı. Üzməyi çox sevirəm" deyib.

"HALK KİMİ GÜCLÜ, AMMA KÖVRƏK"


Xəyalının hər gün hovuza girmək olduğunu dilə gətirən Zulfic, xizək sürməyi də sevdiyini deyib.

Kiçik çempionu bir an olsun tək qoymayan ailəsi və üzgüçülük müəllimi də İsmayılın hər zaman ətrafına sevinc saçan, güclü, əzmli və mübariz bir uşaq olduğunu söyləyib.

Ölkədəki ilk və yeganə maneəli üzmə klubunun təsisçisi və eyni zamanda İsmayıl Zulficin üzgüçülük müəllimi olan Amel Kapo azyaşlı tələbəsiylə fəxr etdiyini bildirərək 53 üzvü olan üzgüçülük klubu ilə əlaqədar "Bu uşaqlar inanılmazdır. Bir il kimi qısa bir müddətdə, kiçik miqyasda möcüzələr etdik",- deyib.

İsmayıl Zulficin cizgi roman xarakteri Halka bənzədən Kapo "Halk güclü və nəhəng olmasına baxmayaraq son dərəcə kövrəkdir. İsmayıl də elədir. Özü mübariz bir uşaqdır" ifadələrini dilə gətirib.

Kapo ilk cəhdində sudan qorxan Zulfici fərqli metodlarla razı salmağa nail olduğunu izah edərək balaca İsmayılın o gündən bəri dərin üzgüçülük hovuzunda da problemsiz bir şəkildə üzə bildiyini deyib.



TƏSADÜFƏN BAŞLADI

Anası Elmina Zulfic də oğlunun uğurları və mübarizəsi ilə qürur duyduğunu bildirərək "O, çox nikbin və fəal bir uşaqdır. Həyatı sevir. Mübariz bir ruha sahibdir, uduzmağı qəbul etmir. Bizim əllərimizlə etdiklərimizi, o, ayaqları ilə edir. Yeməyini ayaqları ilə yeyir, yazı yazır, rəsm çəkir",- deyib.

Həyatı boyu oğlu İsmayıldan daha mübariz birini tanımadığını deyən ata İsmət Zulfic də oğlunun üzməyə başlamasının tamamilə təsadüf olduğunu ifadə edib.

Ata Zulfic, "Həyat yoldaşım İsmayılın fotosunu Ən Gözəl Uşaq Müsabiqəsinə göndərmişdi. İnsanlar da şəkli bəyənib, paylaşıb, bizə Amel Kaponun əlaqə məlumatlarını göndərmişdi. Özünün maneəli üzmə klubunun qurucusu olduğunu öyrəndik. İsmayıl üç yaşında olanda boğulma təhlükəsi yaşamışdı. Ona görə buraya gəlişimizin səbəbi medal qazanmaq və ya rekord qırmaq deyil, övladımızın sağlamlığı idi" deyə bildirib.

Oğlunun Xorvatiyadakı regional çempionatda əldə etdiyi uğura da toxunan ata Zulfic, "Hələ də yuxuda olduğumuzu düşünürük. Əldə etdiyi uğurun nə qədər böyük olduğunu hələ dərk etməmişik",-deyə sonda bildirib.


6 yaşındakı İsmayıl Zulfic - Bosniyanın "qanadsız kəpənəyi"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
    Tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolunu yenidən qurulmasına başlanıb.
     27.05.2017
    DTX rəisi:
    DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu və təbii ki, burada casuslar da var: "Ancaq biz onları zərərsizləşdiririk".
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ