1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:21.08.2019 12:07:57

"Bu, elə də asan olmadı"

İslamazeri.com-un “Daily Sabah”-a istinadən verdiyi xəbərə əsasən, Türkiyədən olan üzgüçü Şimal boğazını üzərək keçən ilk müsəlman və ən yaşlı şəxs oldu.

Qeyd edək ki, adıçəkilən boğaz Böyük Britaniya və İrlandiyanı ayırır. Onun enliliyi 20-40 km təşkil edir və üzgüçülər üçün dünyanın ən çətin 7 marşrutundan biri hesab edilir.

58 yaşlı türkiyəli Kamil Alsaran 2015-ci ildə La-Manş boğazını üzərək keçmişdi, indi isə o, Şimal boğazını da “fəth” edə bildi.

Bu, onun 13 saat 55 dəqiqəsini alıb.

Alsaranın sözlərinə görə, üzüş elə də asan olmadı: boğazdakı su soyuq idi, onun temperaturu 12-14 dərəcə Selsi təşkil edirdi, üstəlik onun marşrutu üzrə tez-tez zəhərli meduzalar da var idi.

“35 km ərzində mən ən azı 200-300 meduzaya rast gəldim”, - deyə o bildirib.


58 yaşlı türk Şimalı boğazını “fəth” etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ