EURO 1,9322 NEFT 60,52
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.04.2018 13:18:39

Onlar bu gün saxlanıldıqları cəza çəkmə müəssisələrində 5 il 6 ay həbs müddəti bitdikdən sonra buraxılıblar.

İslamazeri.com xəbər verir ki, 2012-ci il 5 oktyabrda orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbilə həbs olunan şəxslərdən 3 nəfər; Ağadadasov Tərlan, Rövşən Allahverdiyev və  İlham Hətəmov  bu gün azad olunublar.

Onlar bu gün saxlanıldıqları cəza çəkmə müəssisələrində 5 il 6 ay həbs müddəti bitdikdən sonra buraxılıblar.

İslamazeri.com-a münasibət bildirən Tərlan Ağadadaşov "Bizim kimi digər ruhani və dindar qardaşlarımız, bütün nahaqqdan həbs olunanların azad olunmasını Allahdan diləyirəm. Bu günə qədər bizlərə mənəvi, maddi dəstək verənlərə təşəkkürümü bildirirəm. Hazırda Biləcəridəki evimdəyəm, gəl-get edən qohum tanışları qarşılayırıq. Mən "Tubzon"dan,  Rövşən Allahverdiyev və  İlham Hətəmov da, həbsdə olduqları CÇM-lərindən buraxılıblar. Oktyabr aksiyasında bizimlə birlikdə həbs olunan 3 nəfər həbsdə qalıb. İnşəllah Allah onların da qapısını açsın.", -deyə bildirib.

Qeyd edək ki, 5 oktyabr 2012-ci ildə keçirilən hicab qadağasına etiraz aksiyasında həbs olunan 3 nəfər; Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayev 6 ay sonra azad olunacaqlar.


5 Oktyabr hicab aksiyasında həbs olunan 3 nəfər azadlığa çıxdılar - FOTO, VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin Bakıda görüşü olub
    Bakıda NATO Qüvvələrinin Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olub
     13.12.2018
    “Prezident İlham Əliyevə Azərbaycanda AES tikintisini təklif etdik...”
    "Rosatom" İranda Buşəhr AES-in tikintisini həyata keçirib, Türkiyədə isə Akkuyu AES-in tikintisi üçün müqavilə bağlayıb.
     13.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ