1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:14.07.2019 00:52:37

Paytaxtın Yeni Günəşli yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılır.

Paytaxtın Yeni Günəşli yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılır. Bu məqsədlə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.

Layihə çərçivəsində yaşayış massivinin mərkəzi küçəsi boyu 1000 mm diametrli borularla 1 km uzunluğunda yeni magistral su xətti inşa edilir. İndiyədək bu ərazilərə içməli su hər birinin diametr 600 mm olan 2 magistral xəttlə verilirdi. Buna görə də Yeni Günəşli yaşayış massivinə suyun verilməsində müəyyən problemlər yaranırdı. Mövcud xətlər qəzalı vəziyyətdə olmaqla yanaşı, artan tələbatı da qarşılamaq iqtidarında deyildi. Hazırda yaşayış massivini içməli su ilə təmin edən kəmər yenisi ilə əvəzlənir.

Qeyd edək ki, bu qəsəbə ilə yanaşı Suraxanı rayonunun digər yaşayış məntəqələrində də içməli su layihələri icra olunur. Bülbülə, Əmircan, Zığ, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində icra olunan layihələr mərhələli şəkildə həyata keçirilir. 2019-cu ilin investisiya layihəsinə uyğun olaraq Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox magistral və paylayıcı su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan bəri müddət ərzində su xətlərinin 20 km-lik hissəsi tikilib. (atv.az)


30 mindən çox sakinin su problemi həll edilir - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ