1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:29.08.2017 15:26:34

Qəzzanın tərk edilmiş olan Samir Sinemasında xeyli vaxtdan sonra ilk dəfə "10 İl" filmi göstərilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, 30 ildir ki, Qəzzanın ilk sineması olan Samir Kinoteatrı bir gecəliyinə açılıb.
Bu xüsusi seansda işğalçı sionist rejimi zindanlarındakı fələstinli məhbuslardan bəhs edən "On İl" filmi tamaşaçılara təqdim olunub.
Qəzza zolağındakı ən qədim kinoteatr olan və onlarla ildir qapalı olan Samir Sineması könüllülər tərəfindən təşkil olunub seans üçün hazır vəziyyətə gətirilib.
Qəzzada 2 milyondan çox insan sionist işğal və blokada şəraitində ağır şərtlər içində yaşayır.
HƏMAS-dan icazə alınaraq keçirilən seansı təşkil edən Qada Sami bir dəfəlik seansın Qəzzaya yenidən sinema fikrini yenidən gətirməsi baxımından simvolik mənasının çox böyük olduğunu ifadə edib.
Filmin aktyorlarından Nərmin Ziara da Qəzzada sinemanın açıldığını görmək istədiyini söyləyib: "Cəmiyyətlərin getmək üçün filmlərə və rejissorlara ehtiyacı var".
Ziara HƏMAS-ın buna qarşı bir qadağa gətirəcəyini düşünmədiyini bildirib: "Sinema salonu açmağın HƏMAS üçün problem təşkil edəcəyini güman etmirəm. Nəticədə bu mədəni (kulturoloji) bir fəaliyyətdir, fələstinlilər olaraq bizlər sənətə həyatımızda daha çox yer ayıra bilməliyik."
Filmi izləməyə gələn tamaşaçılardan biri isə Qəzzada daimi kinoteatr görmək istədiklərini deyib: "Biz də insan kimi yaşamalıyıq, bizim də kinoteatrlarımız, cəmiyyətə açıq məkanlarımız, parklarımız olmalıdır.


30 ildən sonra ilk dəfə Qəzzanın yeganə kinoteatrı açılıb - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "İmam Hüseyn" deyəndə ağlınıza ilk nə gəlir?
     19.09.2018
    İlham Əliyev onları təltif etdi - SİYAHI
    İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ