Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.

Bunlar Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam Kollecləridir.
Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri bildiriblər ki, rəhbərlik etdikləri dini təhsil müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.
Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib.
3 dini təhsil müəssisəsinə şəhadətnamə təqdim edilib