1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:14.12.2019 20:34:36

Dekabrın 14-də Bakının Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verib.

Dekabrın 14-də Bakının Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının böyük əraziyə yayılmasına imkan verilməyib və yanğın bir saat ərzində tam söndürülüb.

Ümumilikdə 6100 kvadrat metrdən artıq sahəsi olan bazarda 280 kvadrat metr sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kvadrat metr sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kvadrat metrdən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Rəsmi qurumlar yanğının səbəbləri və dəyən ziyanla bağlı hələ məlumat vermir.

2019-ci il Bakıda bir neçə ticarət mərkəzində yanğın olub. Dəyən ziyan on milyonlarla manat hesablanır. Bazarlardakı obyektlərin sığortalanıb-sığortalanmaması barədə məlumat verilmir. Bir qayda olaraq sahibkarlar dəyən ziyanın günahkarlar deyil, hökumətin ödəməsini tələb edir.

Dörd gün öncə, dekabrın 10-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında da yanğın olub. 


3-cü mikrorayon bazarı ərazisində yanğın - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb - VİDEO
    İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var
     26.01.2020
    Tramp Zərifin hansı təklifinə
    İranın XİN rəhbərinin Spigel jurnalına müsahibəsində səsləndirdiyi fikirlərə Tramp cavab verib.
     26.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ